www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
547
sammiti, Türksoy, Türk Parlament Assambleyası, TAKM və s.)
yaranmasında aparıcı rol oynaması da göstərir.
Bu baxımdan, bizcə, hazırda Azərbaycan üçün önəmli
məsələlərdən biri də məhz Türk dövlətləri arasında birliyin inkişaf
etdirilməsidir. Ancaq dəqiqləşdirmək lazımdır ki, Türk birliyi
dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş
anlamdır. Burada söhbət konkret milli kimliyini, milli dilini, milli
dövlətini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq
bu məsələlərdə də bir qədər obyektiv və subyektiv səbəblərdən
dolayı problemlər var. Məsələn, «Türk birliyi»nin içərisində
nəzərdə tutulan ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan,
Özbəkistan və b.) bir yerə toplanması Türkdilli dövlətlərin
sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus
dilində danışırlar. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da
oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas
problem bu türk dövlətlərinin hakimiyyətlərindən daha çox ayrı-
ayrı müstəqil ölkələrdə yaşayan, ancaq əsasən eyni soyu, dili,
mədəniyyəti və tarixi paylaşan türk xalqlarının bir-birlərini hansı
şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır. Məsələn, SSRİ
dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta
Asiya, Krım, Tatarıstan, Qafqaz, Sibir və başqa türk toplumları
arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə,
həmin dövrdə türk toplumlarının əsas əlaqə vasitəsi rus
mədəniyyəti, rus dili, rus ədəbiyyatı idi. Qırğız, özbək, qazax, türk
(Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus
dili və mədəniyyəti vasitəsilə bir-biri ilə əlaqə saxlayırdılar.
Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də,
müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu
ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə eyni təmasları
yarada bilməmişlər. Yalnız son zamanlarda bu istiqamətdə
|