www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
548
548
müəyyən addımlar atılmışdır ki, bəzi türk ölkələri heç də ortaq
türk mədəniyyəti, ortaq türk dili və s. əsasında əlaqələrin
yaradılmasında maraqlı görünmür. Bu, nə deməkdir? Bu onun
göstəricisidir ki, SSRİ dövründə Mərkəz, yəni Moskva türk
toplumlarını kölə halına gətirmək üçün türk dilini, türk
mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun
əvəzinə həmin xalqların şüuruna rus dili, rus mədəniyyəti və s.
yürütmüşdür (Halbuki, rus mədəniyyətinin, rus ədəbiyyatının və
sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün
isə biz könüllü şəkildə türk mədəniyyətinə, türk dilinə, türk
ədəbiyatına, türk fəlsəfəsinə sahib çıxmaq istəmirik.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan
türk dövlətlərinin birliyinin yaranmasında öz aktiv iştirakını əməli
şəkildə də ortaya qoymalıdır. Bunun üçün ilk növbədə,
Azərbaycan türklərinin milli dili olan türk dili hər hansı formada
Azərbaycanın Əsas Qanunda öz əksini tapmalıdır. Bunu, vaxtilə
Azərbaycan Cümhuriyyətinin liderləri dövlət məktəblərində ortaq
türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti, türk dili tədris
etməklə Türk Federasiyasının tərəfdarı olduqlarını bariz şəkildə
nümayiş etdirmişlər. Bizə elə gəlir ki, bu baxımdan Azərbaycan
Cümhuriyyəti (1918-1920) dövründə irəli sürülmüş Türk
Federasiyasının yaradılması ideyası yenidən gündəmə gətirilməli,
ilk növbədə bu addımı Türkiyə və Azərbaycan türk dövlətləri
atmalıdırlar.
Burada daha bir incə məsələ, Türkiyə və Azərbaycan
türklərinin eyni millət olması (identiklik) və eyni dili paylaşması
ilə bağlıdır. Fikrimizcə, eyni millət adını daşımaq və eyni dili
paylaşmaqla, heç də bir ölkə digər ölkənin varlığını gölgə altında
qoymur. Əslində Türkiyə Cümhuriyyəti daxilində yaşayanlar
Türkiyə vətəndaşları olduğu kimi, Azərbaycan Cumhuriyyəti
|