www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
545
etnosların törəmələridir. Beləliklə, dünənki türklər azərbaycanlıya
(bu zaman əsas assimilyasiya siyasəti Azərbaycan türklərinə qarşı
yönəldilmişdir, çünki etnik azlıqların mənsubiyyətləri əvvəlki
kimi dəyişilməz olaraq qalırdı), türk dili azərbaycan dilinə, türk
teatrı Azərbaycan teatrına, türk ədəbiyyatı Azərbaycan
ədəbiyyatına çevrildi. Halbuki tarixçi alim Yusif Yusifovun da
qeyd etdiyi kimi, Sovet Rusiyasının antitürk əməllərinə qədər,
yəni 1930-cu illərin sonuna kimi azərbaycanlılar «türk, türk
xalqı», dili isə «türk dili» adlandırılmışdır [43, 231].
Bizcə, SSRİ dövründə, xüsusilə 1936-cı ildən sonra
Azərbaycan milli ideyası – milli azərbaycançılıq birmənalı şəkildə
Azərbaycan sovet ideyası – beynəlmiləlçi və kosmopolit
azərbaycançılıqla əvəz olundu. Türk dilinin Azərbaycan dilinə
çevrilməsi də, məhz “sovet Azərbaycanı” ideyasının möhkəm-
ləndirilməsinin tərkib hissəsi idi. Əslində, 1936-cı ildən sonra
Azərbaycan Cümhuriyyətinə aid milli nə varsa, demək olar ki,
hamısından imtina olunmuşdu. Əvəzində Azərbaycan sovet
ideyasına uyğun olaraq, kosmopolit azərbaycançılıq ideyası ortaya
atılmışdı. Bununla da milli ruhlu azərbaycançılıqla beynəlmiləlçi
və kosmopolit azərbaycançılıq üz-üzə qoyulmuşdur.
Gördüyümüz kimi, bütün dünya türklərinin, o cümlədən
Azərbaycan türklərinin vahid ideya, konsepsiya ətrafında birləşə
bilməməsi üçün antitürk, antiazərbaycan qüvvələri artıq bir neçə
əsrdir ki, ona alternativ qeyri-milli ideyalar irəli sürmüşlər. Ən
sonuncu halda isə, sovet ideoloqları türkçülükdən yaranan milli
azərbaycançılığa qarşı, beynəlmiləlçi və kosmopolit azərbaycançı-
lıq ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd
iki: milli Azərbaycan və sovet Azərbaycanı ideyaları meydana
çıxmışdır. Birincisi, türkçülüyün doğurduğu Azərbaycan milli
ideyası – milli azərbaycançılıq olduğu halda, ikincisi rus
|