www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
543
məli, bu dövrdə sovet ideoloqları və onların təsiri altında olanlar
pantürkizm və panislamizm adları altında osmanlı türkçülüyünə,
Türkiyəyə qarşı çıxır, ancaq Azərbaycan türkçülüyünə isə, hələlik
toxuna bilmirdilər. Şübhəsiz, həmin dövrdə sovet ideoloqlarının
qarşısında ən ciddi əngəl hər iki Cümhuriyyətin millətinin və
dilinin türk adı daşıması, bir sözlə, müxtəlif siyasi quruluşlarda və
dövlətlərdə yaşamasına baxmayaraq, vahid türklüyü ifadə etmələri
idi. Bu baxımdan ilk mərhələdə, sovet ideoloqları Azərbaycan və
Türkiyə türkçülüyünü qəbul etdikləri halda, nədən Türkiyə türkçü-
lüyünün Azərbaycan türkçülüyünə zidd olması fikrini ciddi
şəkildə əsaslandıra bilmirdilər.
Xüsusilə, 1923-cü ildə Osmanlı İmperiyasının yerində
Türkiyə Cümhuriyyətinin qurulması, dilinin və millətinin adının
türk kimi ifadə olunması, SSRİ imperiyası və onun ideoloqları
üçün Azərbaycanı Türkiyədən ayırmağı daha da zorlaşdırmışdı.
Bu baxımdan SSRİ-nin başçıları və ideoloqları Azərbaycan və
Türkiyə türklərini bir-birindən ayırmaq üçün, ilk olaraq Azərbay-
canın ərəb əlifbasından latın əlifbasına keçməsi məsələsini ortaya
atdılar. Ancaq çox keçmədən, Türkiyənin də oxşar addım atması,
artıq sovet ideooloqlarını Azərbaycan türkçülüyü üzərinə qəti
hücuma keçməyə vadar etdi. Belə ki, rəsmi şəkildə SSRİ
imperiyasının tərkibinə qatılmğa məcbur edilmiş Azərbaycanın
öncə (1937) dilinin və millətinin adından «türk» anlayışı çıxarıldı,
daha sonra (1940) latın əlifbası kiril əlifbası ilə əvəz edildi.
Bununla da, SSRİ rəhbərlərinin və ideoloqlarının apardığı siyasət
nəticəsində Azərbaycanda türklüyü rəsmi şəkildə ifadə edən,
demək olar ki, heç bir nişanə qalmadı.
Bütün bunlardan sonra sovet rəhbələri və ideoloqları
Azərbaycan türkçülüyü ideyasına – milli ruhlu azərbaycançılığa
qarşı apardıqları siyasi-ideoloji mübarizənin ikinci mərhələsinə
|