www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
539
irəli sürmüşlər. Bununla da onlar bir tərəfdən milli ruhlu azərbay-
cançılığı beynəlmiləlçi-kosmopolit azərbaycançılıq halına
gətirməyə çalışmış, digər tərəfdən onu türkçülüyə və islamçılığa
qarşı qoymuşlar. Başqa sözlə, əgər azərbaycançılıq «üçlüy»ün,
xüsusilə türkçülüyün əsasında yarandığı üçün ona sıx bağlı olduğu
halda, sovet ideoloqlarının əlində isə o artıq beynəlmiləlçi-
kosmopolit bir məna kəsb etdiyi üçün müvafiq olaraq «üçlüy»ə, o
cümlədən türkçülüyə qarşı yönəldilmişdir. Bu baxımdan
Azərbaycan filosofu Ə.Tağıyev doğru qeyd edir ki, «Sovet
dövründə azərbaycançılıq bolşeviklərin əlində türkçülüyə və
islamçılığa qarşı mübarizə vasitəsinə çevrilmişdi. Bolşeviklər
istər-istəməz hər vasitə ilə azərbaycançılığı inkişaf etdirməli
olmuş, hətta «türk dili»nin əvəzinə «Azərbaycan dili»nə
vətəndaşlıq hüquqi qazandırmışlar. Onlar bununla Azərbaycanı
İslam-türk aləmindən ayırıb daha sıx tellərlə Moskvaya
bağlamağa cəhd göstərdilər» [217, 20].
Şübhəsiz,
bolşeviklərin
«azərbaycançılığı
inkişaf
etdirmələri» və türk dilini Azərbaycan dilinə çevirmələrində də
başlıca məqsəd milli mənlik şüurunun saxta beynəlmiləlçilik və
kosmopolit şüurla əvəz olunmasına hesablanmışdır. Yəni bu,
Ə.Tağıyevin hesab etdiyi kimi, heç də müsbət xarakter
daşımamışdır. Əksinə, bolşeviklərin və daşnakların apardıqları
siyasət nəticəsində Azərbaycanda bir-birinə daban-babana zidd
olan ikili nəzəriyyə meydana çıxmışdır. Beləliklə, Azərbaycan
müstəqilliyini bərpa edənə qədər iki növ: 1) milli azərbaycançılıq
(burada «milli azərbaycançılıq» anlayışını beynəlmiləlçi və
kosmopolit azərbaycançılıqdan fərqləndirmək üçün işlədirik); 2)
beynəlmiləlçi və kosmopolit azərbaycançılıq olmuşdu.
Burada aydınlıq gətirmək lazımdır ki, islamçılıq, türkçü-
lük və qərbçiliyə əsaslanan Azərbaycan milli ideyası – milli
|