www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
537
Doğrudur, bu kitabı ərsəyə gətirənlər bəyan edə bilərlər ki,
onlar Azərbaycan əhalisinin bir faizini belə təşkil etməyən türklər
dedikdə, hansısa amillərdən (məsələn, Axıska türklərini nəzərdə
tutaraq) çıxış ediblər. Əgər belə bir faktor olubsa, o hökmən qeyd
edilməli idi. Əks təqdirdə yalnız türklərin deyil, o cümlədən
onlarla bərabər ləzgilər, talışlar, avarlar və başqa azsaylı etnik
qrupların ayrıca qeyd edilməsi, istənilən halda azərbaycanlıların
ondan sonra qeyd edilənlərlə eyni milli tərkibi paylaşmamasını
ortaya qoyur. Nəzərə alsaq ki, bu kitab iki dildə nəşr olunmuşdur,
onda bu rəsmi nəşri oxuyan əcnəbi millətlərin azərbaycanlıların
yalnız türklərdən deyil, talışlar, ləzgilər, kürdlər, tatlar, udinlər və
başqa etnik azlıqlardan da fərqli bir millət olması qənaətinə
gəlməsi təbiidir. Bu halda məlum olmur ki, azərbaycanlılar etnik
mənşəcə kimdir, onlara məxsus «Azərbaycan dili» türk dilinə nə
dərəcədə doğma və yaxud da yaddır?
Maraqlıdır ki, bu kitabın doğma dilimizdə olan hissəsində dövlət dili «azərbaycan», ingilis
dilində isə «azəri» adlandırılmışdı. Eyni zamanda bu kitabda qeyd olunduğuna görə «azərbaycanlı
milləti»nin 99,7 faizi öz millətinin dilini ana dili sayır və öz millətinin dilində, yəni «Azərbaycan
dili»ndə danışırlar. Azərbaycan əhalisinin cəmi 0,4 faizini təşkil edən türklərin isə 83,7 faizi öz
millətinin, yəni türk millətinin dilini ana dili sayır, ancaq onlardan 85,5 faizi «Azərbaycan dili»ndə
[160, 99] danışırlar. Maraqlıdır bütün bu rəqəmləri Dövlət Statistika Komitəsi haradan əldə etmiş, hansı
mənbələrə və faktlara əsaslanmışdır?
Bizcə, Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən türklərin – Azərbaycan türklərinin
çox cüzi bir azlıq kimi, bu kitabda təqdim olunması adi bir yanlışlıq ola bilməz!!! Əgər burada söhbət
etnik azərbaycanlılardan gedirsə, o zaman qeyd olunmalıdır ki, əhalinin 91,6 faizi kimi göstərilən
azərbaycanlılar məhz Azərbaycan türkləridir. Eyni zamanda əgər burada milli dildən bəhs olunursa,
onda «Azərbaycan» deyil, ən azı «Azərbaycan türk dili» anlayışından istifadə olunmalıdır. Əks
təqdirdə belə anlaşılır ki, azərbaycanlılar türk deyillər və onların türklərə dəxli olmayan ayrıca etnik
kimliyi və dili vardır. Halbuki, Almaniya tədqiqatçısı V.Humboldtun təbirincə desək, hər bir millət ilk
növbədə, müstəqil varlığına görə milli dilinə borcludur. Çünki dil millətin milli xüsusiyyətlərini əks
edirən ideal bir varlıqdır [262, 47, 158].
Göründüyü kimi, bugünkü Azərbaycan Respublikasının qurulmasında Azərbaycan türkləri
müstəsna rol oynamalarına baxmayaraq, onların özünəməxsusluqlarını ifadə edən amillərdən heç biri
(milli kimliyi, milli dili və s.) Azərbaycan Konstitusiyasında öz əksini tapmamışdır. Hazırda faktiki
olaraq başda Azərbaycan türkləri olmaqla, bütün Azərbaycan xalqının yazı və danışıq dili Azərbaycan
türkcəsi (türk dili) olmasına baxmayaraq, bu dil Konstitusiyada «Azərbaycan dili» kimi öz ifadəsini
|