MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə563/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   559   560   561   562   563   564   565   566   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

534 



534 

belə,  burada  yaşayan  xalqlar  bu  və  ya  digər  cəhətdən  müxtəlif 

xüsusiyyətlər  daşısalar  da,  bütövlükdə,  ümumi  mentallığa 

malikdirlər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallğın 

formalaşmasında  digər  amillərlə  yanaşı  (ümumi  tarixi  tale,  adət, 

ənənələr, inanclar, davranış setrotipləri və s.) Azərbaycan dilinin 

müstəsna rolu vardır» [194

a

, 56]. 



Bizə elə gəlir ki, ingilislər və amerikanlar əsasən, müxtəlif 

deyil,  ümumi  mentallığa  malikdirlər.  Çünki  amerikanların  əsas 

nüvəsini  ingilislər  və  ingilis  mədəniyyəti  təşkil  edir.  Ümumi 

mentallığın  formlaşmasında  isə  tarixi  tale  və  vahid  dövlətdən 

öncə, müəyyən bir ərazidə (məsələn, ABŞ-da) çoxluq təşkil edən 

millətin (ingilislərin) öz dilini və mədəniyyətini milli azlıqlara və 

etnik  qruplara  qəbul  etdirə  bilməsidir.  Xüsusilə,  müəyyən  bir 

ərazidə  hər  hansı  dilin  aparıcı  yer  tutması  ümumi  mentallığın 

formalaşması  və  həmin  mentallıqda  dili  danışılan  millətin  üstün 

mövqeyə malik olması şübhəsizdir. Hər halda, A.Rüstəmova özü 

də  sonra  qeyd  edir  ki,  Azərbaycan  da  ümumi  mentallığın 

formalaşmasında  digər  amillərlə  müqayisədə  Azərbaycan  dilinin 

(Azərbaycan türkcəsinin – F.Ə.) müstəsna rolu vardır. Bu mənada, 

ümumi  mentallığın  formalaşması  baxımından  dil  Azərbaycanda 

hansı statusu oynamışdırsa, ABŞ-da da eyni rola malik olmuşdur. 

Yəni dilin ümumi mentallığın formalaşmasında birində müstəsna 

(Azərbaycan),  digərində  (ABŞ)  sıradan  bir  amil  kimi  rol 

oynadığını iddia etmək doğru olmazdı. Ən əsası odur ki, müəllif 

özü də sonda ümumi mentallığın formalaşmasında dilin tarixi tale 

və  vahid  dövlətdən  mühüm  yerə  malik  olması  qənaətinə  gəlir. 

Deməli, dil hər bir millətin varlığının nüvəsidir; bu nüvə olmadan 

tarixi  taleyə  və  əraziyə  əsaslanaraq  dövlət  yaratmaq  mümkün 

deyildir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   559   560   561   562   563   564   565   566   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin