MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə560/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   556   557   558   559   560   561   562   563   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

531 


başqalarına      cavab  olaraq  o,  «Mən  türkəm»  (1995)  şeirində 

yazırdı: 

 Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm, özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən, 

Mən ilk qaynağımdan türk oğlu türkəm!  

 

Subutdur, dəlildir, ağlın qibləsi, 



Dəyişə bilərsən adımı ancaq. 

Canım çıxanadək qəlbimin səsi, 

«Türkəm» - gerçəyini pıçıldayacaq [218, 144]. 

B.Vahabzadə doğru qeyd edirdi ki, türk kimliyinin və türk 

dilinin  əleyhinə olanlar özünü türk oğlu türk bilən Nəsimi, Füzuli, 

Həsən  bəy  Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Hüseyn  Cavid  və 

başqalarından ağıllı olduğunu zənn etsələr də, yanılırlar. Çünki bu 

cür konsepsiyadan çıxış etsək onda öz milli varlığını bilən və öz 

türklüyü  ilə  öyünən  həmin  nəhəng  korifeylərdən  əl  çəkməliyik. 

Vahabzadə yazır: «Demək, biz türk deyiliksə bu cahanşümul türk 

oğullarını milli ədəbiyyatımıza və fikir tariximizə daxil etməyə də 

haqqımız  yoxdur»  [219

a

,  104].  «Azərbaycan  türküyəm», 



«Türkəm, neçə millətlərə öz qanımı vermişəm» [195

c

, 259] deyən 



Xəlil  Rza  da  yazırdı  ki,  Türk  ahəngi,  Türk  dili  onun  üçün 

müqəddəsdir:  “Aman  Tanrı,  düşmənlər  nasıl  qorxur  Türkcədən! 

Məgər Türkcəm seçilir pardaxlanan qönçədən” [195

c

, 182]. 



Xalq  yazıçısı  Anar  milli  dilin  adı  ilə  bağlı  yazır  ki, 

dilimizin Azərbaycan türkcəsi, yaxud Azəri türkcəsi adlanmasının 

tərəfdarıdır:  ««Azərbaycan  türk  dili»,  «Azəri  türk  dili»  söz 

birləşmələrini də məqbul sayıram.  Bu söz birləşmələrində «türk» 

kəlməsi  dilimizin  əsrlərdən  gələn  ənənəvi  adıyla  bağlıdırsa, 

«Azərbaycan», yaxud «Azəri» kəlmələri dilimizi Türkiyə türkcə-





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   556   557   558   559   560   561   562   563   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin