www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
529
N.Cəfərovun burada «Azərbaycan dili»nin varlığını isbat etmək
üçün irəli sürdüyü müddəaların heç bir əsası və inandırıcı görünən
tərəfi yoxdur.
«Azərbaycançılıq» və «türkçülüy»ün sintezindən çıxış
edənlərin əksəriyyəti (B.Vahabzadə, Anar, H.Həsənov,
T.Hacıyev, K.V.Nərimanoğlu, K.Abdulla, C.Həsənli və b.) hesab
edirlər ki, Azərbaycan dili türk dili, «Azərbaycan türk dili»,
«Azəri türk dili», «Azərbaycan türkcəsi» kimi də adlandırla bilər.
Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) yazır ki, dilimiz
türk dili adlansaydı daha yaxşı olardı [99, 39]. Azərbaycan
filosofu Rafail Əhmədli də təxminən enyi mövqedən çıxış edir:
«Dil davası, millət olaraq varlıq, müstəqillik davasıdır. Mənsub
olduğumuz türk dili vətənimizin birlik və bütünlüyünü, milli
tariximizin davamlılığını yaşadır» [78, 238]. Onlardan fərqli
olaraq Azərbaycan alimi Kamal Abdulla bu məsələ ilə bağlı bir
neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan
belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma
bəlkə onu Azərbaycan dili adlandırsaq, daha düzgün olar?! Elədir
ki, var, dilimiz həm də Azərbaycan dilidir. Azərbaycan türk dili
necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir…
Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu
adların heç biri digərini inkar etmir» [1, 65-66]. Fikrimizcə, bir
millətin həyatı üçün müstəsna əhəmiyyətə malik olan dil
məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi
ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə
də, coğrafi ərazi, yaxud da dövlət adının hansı adla
adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da
təbii qəbul etmək olardı. Buna örnək olaraq, indiki dövlətimizin
vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər,
Azərbaycan, Cənubi Qafqaz Türk və b.) irəli sürülməsini də
|