www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
525
Azərbaycan dövlətlərini, o cümlədən Azərbaycan Səfəvilər
imperiyasını, Azərbaycan Cümhuriyyətini və Azərbaycan
Respublikasını «Azərbaycan türk dövlətləri» də adlandırır
[145, 33-54]. Hətta, akademik Azərbaycan SSR-ni də «türk-
müsəlman respublikası» [113, 20] kimi qələmə vermişdir.
Bizə elə gəlir ki, R.Mehdiyev bununla da milli dil və milli
kimlik məsələsində «azərbaycan»la yanaşı, «türk» faktorunun
da mühüm əhəmiyyət daşıdığını ifadə etmiş olur. Bu isə o
deməkdir ki, çağdaş dövrdə də azərbaycançılıq ideologiya-
sının yaşamasında «Azərbaycan» qədər «Türk» faktoru da
eyni missiya daşıyır. Bunlardan hər hansı birinin kölgədə
saxlanılması həm azərbaycançılıq, həm də türkçülük üçün
mənfi haldır. Çünki Azərbaycanda artıq bu anlayışlar bir-
birinin dayağına çevrilmişlər.
Azərbaycanlıların
əksəriyyətinin
özünün
milli
identikliyini türk kimi müəyyənləşdirməsi Türkiyəyə olan
münasibətdə də özünü dəfələrlə büruzə vermişdir. Xüsusilə,
azərbaycanlıların Türkiyənin futbol üzrə milli komandasının
Dünya Çempionatlarında uğurlarına sevinməsi, qondarma
«erməni soyqırımı»na münasibətdə birlik nümayiş etdirməsi
və s. buna ən bariz nümunədir. Bu baxımdan, R.Mehdiyevin
Azərbaycan milli identikliyi ilə bağlı azərbaycanlıların Dünya
Çempionatında Türkiyə milli komandasının uğuru ilə bağlı
Türkiyə səfirliyinin qarşısındakı sevinc göstərilərini nümunə
gətirməsi təsadüfi deyildir: «Minlərlə azərbaycanlının bir anda
Türkiyənin Bakıdakı səfirliyi qarşısında toplaşmasına və
«Türkiyə!», «Türkiyə!» deyərək öz sevincini ifadə etməsinə
səbəb bu iki xalqın birliyini, onların ümumi etnik-mədəni
identikliyini, tarixi, mədəni və dini birlikdən irəli gələn
|