MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə567/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   563   564   565   566   567   568   569   570   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

538 



538 

tapmışdır. Halbuki, hazırda «Azərbaycan dili» adlanan Azərbaycan türkcəsini ana dil kimi, birmənalı 

şəkildə Azərbaycan türkləri qəbul edirlər. Bu mənada qeyri türklər, yəni azsaylı etnik qruplar – talışlar, 

ləzgilər, udinlər, tatlar, kürdlər və başqaları «Azərbaycan dili»ni türk dili hesab edərək, doğma dillərini 

də unutmurlar. Bu da təbiidir. Çünki etnik azlıqların dillərinin, demək olar ki, Azərbaycan türk dili ilə 

heç  bir  qohumluq  əlaqəsi  yoxdur.  Onlar  ya  «Qafqazdilli»,  ya  da  «İrandilli»  dil  ailəsinə  daxildirlər. 

Deməli,  bir  millətin  varlığı  üçün  son  dərəcədə  önəmli  olan  dilin  adı  məsələsində  də  faktiki  olaraq 

güzəştə gedən, yəni doğma türk dilinin «Azərbaycan dili» adlandırılmasına etiraz etməyən Azərbaycan 

türkləri olmuşdur. Bu baxımdan, Dilqəm İsmayılov doğru qeyd edir ki, hazırda Azərbaycan türkünün 

adı və dili simvolik səslənir: «Əslində Azərbaycan türklərinin BMT-nin sənədlərində öz əksini tapmış 

identifikasiya  (özünüeyniləşdirmə)  hüququ,  öz  milli  mənsubiyyətinin  özlərinin  müəyyənləşdirilməsi 

hüququ pozulmuşdur» [118, 101]. 

Qeyd  edək ki,  yalnız milli dil məsələsində deyil,  milli mənsubiyyətlə də bağlı tolerantılqdan, 

barışdırıcı  nöqtələrdən  çıxış  edərək  milli  kimliklərini-türklüklərini  siyasi  kimliklə-azərbaycanlılıqla 

eyniləşdirilməsinə  razı  olan da Azərbaycan türkləridir. Hər halda, 1995-ci il Konstitusiyasında milli 

kimlik, milli dillə bağlı məsələlərdə yalnız Azərbaycan xalqından və Azərbaycan dilindən bəhs olunur. 

Şübhəsiz,  bütün  bunlar  onun  göstəricisdir  ki,  Azərbaycan  türkləri  Azərbaycan  Respublikasının 

yaranmasında aparıcı rol oynasalar da, ancaq bundan heç vaxt sui-istifadə etməyiblər və etmirlər də.  

Bütün bunlara baxmayaraq, hətta bəzi əsərlərdə, məqalələrdə «Azərbaycan dili»nin əslində bir 

türk dili, Azərbaycan mədəniyyətinin həm də bir türk mədəniyyəti, Azərbaycan tarixinin həm də bir 

türk  tarixi,  Azərbaycan  dövlətinin  həm  də  bir  türk  dövləti,  azərbaycanlıların  əksəriyyətinin  isə  türk 

olmaları  ilə  bağlı  fikirlər  dərhal  ciddi  tənqidə  məruz  qalır.  Bu  isə  o  deməkdir  ki,  xüsusilə  milli 

məsələlərdə  tolerantlıqdan,  xoşgörüdən,  bəşərilikdən  çıxış  etməyin  də  m ü ə y y ə n   h ə d d i  

o l m a l ı d ı r .   Ə k s   t ə q d i r d ə   həmin  millətin  özünün  assimilyasiya  olunaraq  tarix 

səhnəsindən  getməsi  qaçılmazdır.  Əgər  bir  dövlətin  yaradıcısı  olan  bir  millət  tarix  səhnəsindən 

gedəcəksə, fikrimizcə, o zaman həmin dövləti azsaylı etnik qruplarla saxlamaq mümkün olmaycaqdır.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   563   564   565   566   567   568   569   570   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin