“maliYYƏ” fənnindən mühazirə mətnləri


BEYNƏLXALQ KREDITIN MAHIYYƏTI VƏ ƏSAS FORMALARI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə150/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   146   147   148   149   150   151   152   153   ...   157
Maliyyə muhazirələri yeni (1)

15.2.BEYNƏLXALQ KREDITIN MAHIYYƏTI VƏ ƏSAS FORMALARI 
 
 
Beynəlxalq  kredit  -  qaytarılmaq,  müddətlilik,  təminatlılıq  və  faiz  ödənilməsi  şərti  ilə 
valyuta  və  əmtəə  resurslarının  verilməsi  ilə  əlaqədar  beynəlxalq  iqtisadi  münasibətlır 
sferasında  borc  kapitalının  hərəkətidir.  Kreditor  və  borc  alan  kimi  banklar,  müəssisələr, 
dövlət,  beynəlxalq  maliyyə  institutları  çıxış  edir.  Beynəlxalq  kreditin  mənbələri  kimi 


161 
 
 
 
aşağıdakılar  çıxış  edir.  Müəssisələrdə  kapitalın  dövriyyəsi  prosesində  pul  formasında 
müvəqqəti  sərbəstləşmiş  kapital,  dövlətin  və  xüsusi  bölmənin  banklara  cəlb  edilmiş  pul 
yığımları və sair.  
Beynəlxalq kredit bir sıra prinsiplər əsasında fəaliyyət göstərir. Bu prinsipləri aşağıdakı 
kimi müəyyən etmək olar:  
1) Qaytarılma.  Alınmış kreditlər, xüsusilə  beynəlxalq kreditlər hökmən qaytarılmalıdır. 
Başqa sözlə, müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməlidir.  
2) Ödənilmə. Bu dəyər  qanununun  fəaliyyətinin və kreditin şərtlərinin  
həyata  keçirilməsi  üsulunu  əks  etdirir.  Bu  zaman,  ilk  növbədə  kreditə  görə  faizlərin 
ödənilməsi həyata keçirilir.  
3) Maddi təminatlıq. Kreditlərin maddi təminatlığı dedikdə, onun ödənilməsinə zəmanət 
başa  düşülür.  Yəni  kredit  alınan  maddi  imkanları  tam  ödənilməli  və  bu  imkanlar  krediti 
ödəyə biləcək səviyyədə olduğu halda, kreditlər verilə bilər.  
4) Məqsədli  xarakter.  Beynəlxalq  kreditlər  necə  gəldi  hər  bir  ehtiyacı  olana  verilmir. 
Belə kreditlər konkret məqsədlər və layihələr əsasında verilir və məqsədli xarakter daşıyır.  
Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq kredit bir sıra vacib funksiyaları 
yerinə yetirir. Həmin funksiyalar aşağıdakılardan ibarətdir:  
1. Borc kapitalının ölkələr arasında yenidən bölgüsü.  
2. Beynəlxalq hesablaşmalar sahəsində dövriyyə xərclərinə qənaət edilməsi.  
3. Kapitalın qovuşmasının və mərkəzləşdirilməsinin sürətləndirilməsi.  
 
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin