“maliYYƏ” fənnindən mühazirə mətnləri


BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə152/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə muhazirələri yeni (1)

15.3.BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI  
  
Beynəlxalq valyuta münasibətləri dünya maliyyə bazarında milli valyutaların fəaliyyəti, 
ölkələr  arasında  əmtəə  mübadilələrinə  pul  xidməti  göstərilməsi  və  valyutadan  ödəniş  və 
kredit vasitəsi kimi istifadəsi ilə əlaqədar iqtisadi münasibətləri əhatə edir.   
Dünya  valyuta  sistemi  -  dünya  təsərrüfatının  inkişafı  əsasında  meydana  gələn  və 
dövlətlərarası  razılaşmalar,  yaxud  sazişlərlə  möhkəmləndirilən  beynəlxalq  valyuta 
münasibətlərinin təşkili formasıdır.  
Ölkənin xarici iqtisadi və ticarət əlaqələri genişləndikcə ölkə ərazisində yeganə ödəniş 
vasitəsi  hesab  edilən  milli  valyutaya  təsir  də  xeyli  artır.  Məlumdur  ki,  xarici  ticarətdə 
hesablaşmalar və ödəmələr ölkənin milli valyutası ilə deyil, beynəlxalq miqyasda tam dönərli 
olan valyutalarla həyata keçirilir. Ona görə də ölkənin milli valyutası ilə həmin beynəlxalq 
dönərli  valyutalar  arasında  nisbət  mütləq  dəqiq  surətdə  müəyyənləşdirilməlidir.  Bu  nisbət 
valyuta kurslarının müəyyən olunması formasında həyata keçirilir.   
Valyuta kursu- milli valyuta və xarici valyutalar arasında, onların alıcılıq qabiliyyətləri 


163 
 
 
 
və bir sıra başqa amillərlə müəyyən edilən nisbətdir. Valyuta kursları həmçinin beynəlxalq 
hesablaşma  pul  vahidlərinə  münasibətdə  də  müəyyən  edilir.  Bu  pul  vahidlərinə  SDR  (-
Special  Drawing  Rights),  EKJY  (European  Currency  Unit)  və  s.  göstərmək  olar.  Valyuta 
kursu  əmtəə  istehsalı  şəraitində  iqtisadi  –  dəyər  kateqoriyasıdır  və  dünya  bazarında  əmtəə 
istehsalçıları arasında istehsal münasibətlərini əks etdirir.  
Valyuta kursu sadə əmtəə istehsalından bazar istehsalı münasibətlərinə doğru hərəkətin  
tarixi proseslərini əks etdirir. Qızılın ödəniş vasitəsi kimi istifadə olunduğu dövrlərdə valyuta 
kursları  əmtəənin  qiymətləndirilməsində  və  satılmasında  çox  vacib  rol  oynamışdır.  Qızıl 
vasitələrilə  ödəniş  mexanizminin  fəaliyyətdə  olduğu  zaman  kurs  münasibətlərinin 
tənzimlənməsi,  ilk  növbədə,  onların  sabitliyini  təmin  edirdi.  Kapitalizmin  ümumi  böhranı 
şəraitində  bu  qeyrisabitliyin  təsirilə  təkrar  istehsalda  ziddiyyətlərin  güclənməsilə  əlaqədar 
olaraq  valyuta  kursları  keçici  xarakter  aldı.  Belə  ki,  valyuta  kurslarının  çoxamilliliyi  onun 
digər  iqtisadi  kateqoriyalarla  –  qiymət,  dəyər,  pul,  faiz,  ödəniş  (tədiyyə)  balansı  və  s.  ilə 
əlaqələrini əks etdirir. Bunlardan başqa, bu və ya digər amillər valyuta kurslarının müəyyən 
olunmasında həlledici rol oynayır. Həmin amillərdən aşağıdakıları göstərmək olar:  
1. Pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya.  Valyuta  kursu  - dəyər kateqoriyasına 
daxildir. Onun obyektiv əsasını təqdim edilən milli pul vahidinin dəyəri təşkil edir. O, milli 
pul  vahidlərinin  əmtəələrə,  o  cümlədən  xüsusi  əmtəə  olan  –  qızıla  münasibətdə  alıcılıq 
qabiliyyəti əsasında dəqiqləşdirilir.  
2. Tədiyyə  balansının  vəziyyəti.  Bu  vəziyyət  valyutaların  tələb  və  təkliflərinə  birbaşa 
təsir  edərək,  kursların  səviyyəsində  özünü  göstərir.  Başqa  sözlə  desək,  valyuta  kursu, 
beynəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, hər 
şeydən  əvvəl,  onunla  əlaqədardır  ki,  beynəlxalq  hesablaşmalar  xarici  iqtisadi  əlaqələrin 
iştirakçıları  tərəfindən  lazımi  xarici  valyutaların  alınıb  satılması  yolu  ilə  həyata  keçirilir. 
Tədiyyə balansının aktiv olması milli valyutanın kursunun yüksəlməsinə kömək edir və ona 
xarici borcların tələbatını artırır. Passiv tədiyyə balansı isə milli valyutanın kursunun aşağı 
düşməsinə imkan verir və borclular əksinə, həmin milli valyutanı xarici valyutaya sataraq öz 
xarici  borclarını  ödəyirlər.  Ümumiyyətlə  isə,  tədiyyə  balansının  vəziyyəti  milli  valyutanın 
mövqeyini tam əks etdirir.  
3. Müxtəlif ölkələrdə faiz dərəcələrinin  fərqli olması. Əvvəla, ölkədə faiz dərəcələrinin 
dəyişməsi  kapitalın,  xüsusilə,  qısamüddətli kapitalın  beynəlxalq  hərəkətinə çox  böyük təsir 
edir. Ölkədə faiz dərəcələrinin yüksəldilməsi xarici kapitalın axınını stimullaşdırır. Ikincisi, 
faiz  dərəcələri  valyuta  bazarlarında  və  borc  kapitalı  bazarlarında  əməliyyatlara  böyük  təsir 
göstərir.  Əməliyyatların  aparılması  zamanı  banklar  maksimum  mənfəət  əldə  etmək 
məqsədilə  milli  və  beynəlxalq  kapital  bazarlarındakı  faiz  dərəcəsi  fərqlərinə  xüsusi  diqqət 
verirlər. Onlar xarici kapital bazarlarından daha ucuz kredit almağı üstün tuturlar.  
4. Valyuta  bazarlarının  fəaliyyəti  və  spekulyativ  (əsassız,  düzgün  olmayan)  valyuta 
əməliyyatları. Bu amil valyuta kurslarına böyük təsir göstərir. Belə ki, banklar, müəssisələr, 
xüsusi beynəlxalq iqtisadi münasibətlərə qoşulmuş müəssisə və şirkətlər valyuta bazarlarında 
daim  fəaliyyət  göstərən  üzvlərdir.  Bu  müəssisələr  üçün  valyuta  kurslarının  səviyyəsi  çox 


164 
 
 
 
vacibdir. Bundan başqa, bu kursların vəziyyətindən istifadə edərək spekulyativ əməliyyatlar 
həyata keçirilir və külli miqdarda mənfəət götürülür. Belə əməliyyatlar çoxsaylıdır və hətta 
beynəlxalq səviyyədə həyata keçirilə bilir.  
Bu amillərdən başqa, bir sıra başqa amillər də vardır ki, onlar valyuta kurslarına böyük 
təsir edir. Deməli, valyuta kurslarının formalaşdırılması  – mürəkkəb çoxamilli prosesdir və 
milli və dünya istehsalı, dövriyyəsi ilə şərtlənir.  
Valyuta  kursu tarixi kateqoriya  olmaqla  öz inkişaf mərhələsində  bir sıra  nəzəriyyələrin 
əsas mövzusu olmuşdur. Belə nəzəriyyələr kapitalizmin bütün inkişafı boyu və müasir bazar 
münasibətləri şəraitində  mövcuddur.  Bu  nəzəriyyələr  əsas  etibarilə  ingilis iqtisadçıları  olan 
D.Yum və D.Rikardodan sonra yayılmağa başlamışdır. Bu nəzəriyyələrdə valyuta kurslarının 
müəyyən  olunması  qaydaları,  bu  kurslara,  yaxud  milli  valyutalara  təsir  edən  amillər  və  s. 
haqqında fikirlər irəli sürülür. Belə fikirlərin ən mühüm “üzən” (Floatihg) valyuta kursları ilə 
bağlı fikirlərdir.  
“Üzən”  valyuta  kursları  müasir  valyuta  bazarlarında  ən  vacib  məsələlərdən  sayılır. 
“Üzən”  valyuta  kursları  valyuta  kurslarının  müəyyən  olunması  formalarından  biridir  (qəti 
müəyyən  olunmuş  valyuta  kursları  və  “üzən”  valyuta  kursları.)  Ümumiyyətlə,  bu  kursları 
maliyyə elminə ilk dəfə 1933-cü ildə amerikalı iqtisadçı C.Geyns gətirmişdir. “Üzən” valyuta 
kursları valyuta bazarlarında tələb və təklifin dəyişməsi ilə əlaqədardır. Belə kurslar, adətən, 
bütün  inkişaf  etmiş  ölkələrdə  istifadə  olunur.  Bu  ölkələrdə  kurs  tələb  və  təklifin  təsiri 
əsasında formalaşır və kursun hər an dəyişmə ehtimalı vardır ki, bu da, ilk növbədə, xarici 
ticarətə və ümumilikdə isə tədiyyə balansına təsir  edir.  
Valyuta  kurslarının  müəyyən  olunması  valyuta  tənzimlənməsinin  mühüm  tərkib 
hissələrindəndir.  Ölkənin  milli  valyutasının  mövqeyi  və  sabitliyi,  hər  şeydən  əvvəl,  bu 
tənzimləmə siyasətinin mövcudluğu ilə şərtlənir. Tənzimlənən valyuta nəzəriyyəsini ilk dəfə 
amerikalı  iqtisadçılar  olan  İ.Fişer    və  C.Geyns  işləyib  hazırlamışlar.  Bu  nəzəriyyə  1929-
1933-cü illərdəki dünya iqtisadi  böhranının təsiri altında meydana çıxmışdır. Belə böhranlar 
zamanı ən böyük zərbə milli valyutalara dəyir və çox böyük infilyasiyalar baş verirdi. Dövlət 
bu  vəziyyətə  hazır  olmalı  və  iqtisadi  durğunluq  zamanı  milli  valyutaların    kursunu 
qorumalıdır. Bu məqsədlə dövlətin valyuta tənzimlənməsi mexanizmi mövcud olmalıdır. Bu 
mexanizm özündə bir sıra tədbirləri əks etdirir. Bunlardan bir neçəsini qeyd edək: Valyuta 
ehtiyatlarının  müxtəlifliyi;    Valyuta  məhdudiyyətləri;  Valyuta  nisbətləri  və  valyuta  kursları 
rejiminin tətbiq edilməsi; Devalvasiya siyasəti; Revalvasiya siyasəti və s.  
Ümumiyyətlə,  müasir  praktikada  valyuta  tənzimlənməsinin  bir  neçə  metodundan 
istifadə olunur:  
1.  Tam liberal valyuta tənzimlənməsi. Bu zaman ixracatçıların qazandığı valyuta tamamilə 
onların sərəncamında qalır, valyuta axını tam sərbəstləşdirilir.  
2.  Natamam liberal valyuta  tənzimlənməsi. Belə  şəraitdə qazanılan valyutaların bir qismi 
ixracatçıların sərəncamında saxlanılır və digər hissəsi məcburən Mərkəzi Banka satılır. Valyuta 
axınında müəyyən məhdudiyyətlər qoyulur.  
3. Qeyri  liberal  valyuta  tənzimlənməsi.  Bu  metoddan  istifadə  şəraitində  bütün  qazanılan 


165 
 
 
 
valyutalar ya bazar kursu ilə, ya da hökümətin müəyyən etdiyi süni kursla məcburən hökümət və 
ya Mərkəzi Bank tərəfindən götürülür. Valyuta axınına ciddi rejim müəyyən olunur.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin