162
Kreditorun kateqoriyasından asılı olaraq aşağıdakı beynəlxalq kreditlər fərqləndirilir:
-Firma
- Bank krediti
- Broker krediti
- Hökumət krediti
- Qarışıq kredit
- Beynəlxalq intitutların dövlətlərarası krediti
Firma krediti ixrac edən tərəfindən xarici idxalçıya əmtəəyə görə ödənişin müddətinin
uzadılması şəklində verilir. O veksel və ya açıq hesabla rəsmiləşdirilir. Veksel kreditində
ixracçı köçürmə veksel (tratta) qoyur ki. Bu da onu kommersiya sənədlərini aldığı zaman
akseptləşir.
Bank krediti. Bir qayda olaraq əmtəə-material dəyərlərinin girovu altında banklar
tərəfindən idxalçı və ixracçılara verilən kreditdir.
Broker krediti- firma krediti ilə bank krediti arasında aralıq formadır. Brokerlər vəsaiti
banklardan borc olaraq alır. Bu halda banlkların rolu azalır.
Dövlətlərarası kreditlər – hökumətlərarası sazişlərə əsasən verilir. Beynəlxalq maliyyə
institutları çox da böyük olmayan kreditlərlə kifayətlənir ki, bu da borcalana dünya borc
kapitalı bazarında özəl xarici bankların kreditlərinə yol açır.
Lizinq- üç ildən beş ilədək daşınan və daşınmaz əmlakın icarəyə verilməsi haqqında
razılaşmadır. Adi icarədən fərqli olaraq lizinq bağlaşmasının obyekti lizinq alan tərəfindən
seçilir, lizin verən isə avadanlıği öz hesabına əldə edir.
Lizinqin müddəti avadanlığın fiziki köhnəlmə müddətindən qısa olur.
Faktorinq- ixtisaslaşdırılmş maliyyə kompaniyaları tərəfindən ixracçının bütün pul
tələbnamələrinin xarici idxalçıya onun ödəmə müddətinin çatmasınadək kontraktın 70 -
90%- dək məbləğinin alınmasıdır. Faktrorinq kompaniyası ixracçını 120 gün müddətinədək
kreitləşdirilir.
Dostları ilə paylaş: