“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə154/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə muhazirələri yeni (1)

sistemi- dünya təsərrüfatının inkişafı əsasında meydana gələn və dövlətlərarası razılaşmalar, 
yaxud sazişlərlə möhkəmləndirilən beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır.  
Dünya valyuta sisteminin dünya təsərrüfatının qlobal məqsədlərini yerinə yetirməsinə və 
xüsusi  fəaliyyət  və  tənzimləmə  mexanizminə  malik  olmasına  baxmayaraq,  o  milli  valyuta 
sistemləri ilə sıx əlaqədardır. Bu əlaqə valyuta münasibətlərinə xidmət edən və tənzimləyən 
milli banklar vasitəsilə həyata keçirilir və dövlətlərarası valyuta tənzimlənməsi və dövlətlərin 
maliyyə-valyuta siyasətinin əlaqələndirilməsi kimi yаrаnыr.   
Əgər  milli  valyuta  sistemi  milli  valyuta–ölkənin  milli  pul  vahidinə  əsaslanırsa,  onda 
dünya valyuta sistemi bir, yaxud bir neçə ehtiyat valyutasına və ya beynəlxalq hesablaşma 
pul vahidinə əsaslanır.  
Azərbaycan  Respublikasının  əsas  valyuta  sistemi  Azərbaycan  manatıdır.  Müstəqillik 
əldə edildikdən sonra ilk dəfə  olaraq manat 1992-ci ilin avqustunda tədavülə buraxılmış və 
10  sovet  rubluna  bərabər  tutulmuşdur.  İlk  dövrlərdə  manatla  birlikdə  rus  rublu  da  ödəniş 
vasitəsi kimi istifadə edilirdi. Ölkə Prezidentinin 11 dekabr 1993-cü il tarixli Səərəncamı ilə 
1 yanvar 1994-cü ildən manat Respublikamızın ərazisində vahid ödəniş vasitəsi hesab edilir.  
Pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən  çıxarılması  hüququ  yalnız  Milli 
Banka  mənsubdur.  Ölkə  ərazisində  manatdan  başqa  pul  vahidinin  ödəniş  vasitəsi  kimi 
istifadə  edilməsi  qadağandır.  Manatın  digər  ölkələrin  pul  vahidlərinə  görə  məzənnəsi  AR 
Milli Bankı tərəfindən müəyyən edilir.  
Azərbaycan Respublikasında valyuta münasibətləri “Valyuta tənzimi haqqında” qanunla 
tənzimlənir.  Qanun  21  oktyabr  1994-cü  ildə  qəbul  edilmişdir.  Bu  qanun  valyuta 


166 
 
 
 
əməliyyatlarının  həyata  keçirilməsi  prinsipləri,  valyuta  tənzimi  və  valyuta  nəzarəti 
orqanlarının  səlahiyyətlərini  və  funksiyalarını,  hüquqfiziki  şəxslərin  valyuta  sərvətlərinə 
sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində 
hüquqlarını  və  vəzifələrini,  valyuta  qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyəti 
müəyyən edir.  
Ölkəmizdə  valyuta  nəzarəti  orqanları  AR  Mərkəzi  Bankı  və  AR  Dövlət  Gömrük 
Komitəsidir.   
Valyuta  münasibətlərinin  xarakteri  ölkələrin  valyutalarının  dönərliyindən  asılıdır. 
Valyutalar isə sərbəst dönərli, qismən dönərli və qeyri-dönərli valyutalara bölünür. Sərbəst 
dönərli valyutalara: ABŞ dolları, kanada dolları, Yapon iyeni və s. aiddir.   
Qismən  dönərli  o  ölkələrin milli  valyutaları  sayılır  ki,  bir  sıra  valyuta əməliyyatlarına 
məhdudiyyətlər tətbiq edilir. Bu valyutalar bütün valyutalara deyil, bir sıra xarici valyutalara 
dəyişdirilir.   
Qeyri-dönərli  valyuta  yalnız  bir  ölkə  daxilində  istifadə  edilir  və  azad  surətdə  xarici 
valyutaya dəyişdirilmir.  
Respublikamızda  valyuta-maliyyə  mexanizmində  xarici  valyutaya  nisbətdə  manatın  2 
müxtəlif məzənnəsi fəaliyyət göstərir: rəsmi və bazar məzənnəsi.  
Mərkəzi  Bank  manatın  rəsmi  məzənnəsini  müəyyən  etmək  üçün  iqtisadi  amillərlə 
bərabər valyuta birjasında milli valyutaya olan tələb və təklifi də nəzərə alır. 1995ci ildə Bakı 
Banklararası Valyuta Birjası yaradılşmışdır. Bu birjanın təsisçiləri arasında Mərkəzi Bank da 
da vardır ki,  bu da ona valyuta bazarında aktiv siyasət yeritməyə və manatın məzənnəsinə 
təsir  göstərməyə  imkan  verir.  Mərkəzi  Bank  tərəfindən  valyuta  məzənnəsinin  müəyyən 
edilməsi valyutanın kotirovkası adlanır.   
Valyutanın  dönərliyi  probleminin  həll  edilməsi  və  valyutanın  məzənnəsinin  müəyyən 
edilməsi üçün ölkə daxilində pul tədavülünün sabitləşdirilməsi, daxili bazarda əmtəə qıtlığını 
aradan  qaldırmaq,  inlyasiyanı  minimum  həddə  endirmək,  daxili  qiymətləri  dünya 
qiymətlərinə çatdırmaq lazımdır.  
Milli pul vahidinin məzənnəsinin tərəddüd etməsi iki amillə əlaqədardır:   
- Xarici ölkələrin daxili bazarlarında valyutanın alıcılıq qabiliyyətinin real dəyər nisbəti ilə;  
- Kapitalın bir ölkədən digər ölkəyə axını ilə əlaqədar daimi dəyişikliyə məruz qalmış milli 
valyutanın beynəlxalq bazarda tələb və təklifi ilə.  
Beynəlxalq  hesablaşmalar  iqtisadi  məzmununa  görə  iki  qrupa  bölünür:  ticarət  və  qeyri-
ticarət.   
Ticarət hesablaşmaları xarici ticaət əməliyyatları üzrə ödənişlər və daxilolmaları, beynəlxalq 
kredit üzrə ödənişlər və daxilolmaları, nəqliyyatın müxtəlif növləri üzrə ödənişlər və daxilolmaları 
əhatə edir.  
Qeyri-ticarət  hesablaşmalarına  diplomatik  nümayəndəliklərin  və  beynəlxalq  təşkilatların 
saxlanması üzrə ödənişlər, müxtəli fmütəxəssislərin və başqa dövlətlərin vətəndaşlarının gəlirləri 
üzrə  xərclər,  ictimai  təşkilatların  və  xüsusi  şəxslərin  tapşırıgı  ilə  xaricə  pul  vəsaitlərinin 
köçürülməsi daxildir.  


167 
 
 
 
15.5.BEYNƏLXALQ MALİYYƏ-KREDİT  TƏŞKİLATLARI 
  
Beynəlxalq  maliyyə  münasibətlərinin  ən  mühüm  elementi  beynəlxalq  və  regional 
valyuta-kredit  və  maliyyə  təşkilatlarıdır.  Müxtəlif  funksiyalar  daşıyan  bu  təşkilatların  sayı 
çoxdur. Ona görə də bu təşkilatlardan ən mühümlərini nəzərdən keçirək.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin