“maliYYƏ” fənnindən mühazirə mətnləri


Beynılxalq İnkişaf və Yenidənqurma Bankı və onun qrupu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə156/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə muhazirələri yeni (1)

2.Beynılxalq İnkişaf və Yenidənqurma Bankı və onun qrupu.  
Beynəlxalq  İnkişaf  və  Yenidənqurma  Bankı  (BİYB)  ilk  dövlətlərarası  investisiya 
institutudur.  Bu  təşkilat  demək  olar  ki,  hər  yerdə  “Dünya  Bankı”  adlandırılır.  Ən  böyük 
beynəlxalq təşkilatlardan olan Dünya bankı 1944-cü ilin iyulunda Bretton-Vudsda, Birləşmiş 
Millətlərin Beynəlxalq Valyuta-Maliyyə Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu 
ilə  bir  vaxtda  yaradılmışdır.  Öz  fəaliyyətinə  1946-cı  il  25  iyundan  başlayan  Bank  formal 
olaraq BMT-nin ixtisaslaşdırılmış maliyyə idarəsidir.  


168 
 
 
 
BYİB-nın  rəhbər  orqanları İdarəçilər  Şurası  və  idarəedici  orqan  olan  Direktorluğudur. 
Şura üzv ölkələrin maliyyə nazirlərindən və ya mərkəzi bankın rəhbərlərindən ibarət olmaqla 
ildə bir dəfə öz sessiyasına yığılır. Dünya bankına yalnız BVF-yə üzv olan ölkələr üzv ola 
bilərlər.  Bu  tələb  onunla  izah  edilir  ki,  bankın  üzvü  olan  ölkələr  öz  valyuta-maliyyə 
siyasətlərini BVF-nun Nizamnaməsinə uyğun olaraq həyata keçirməyə borcludurlar.  
Bankın ümumi kapitalının 20%-dən çoxu ABŞ-ın payına düşdüyündən, səslərin də 20%-
i təkcə ona məxsusdur və bu qərarların qəbulu bu dövlətin mövqeyindən asılıdır.  
Dünya  bankının  qərargahı  Vaşinqtonda  yerləşir.  Dünya  bankı  dünyada  ən  böyük  kredit 
təşkilatıdır.  Bu  təşkilatın  BVF-dan  əsas  fərqi  ondadır  ki,  onun  kreditləri  müxtəlif  iqtisadi 
məqsədlər  üçün,  o  cümlədən  əsasən  istehsal  sahələrində  istifadə  olunduğu  halda  fondun  
kreditləri  ancaq  ölkənin  valyuta-maliyyə  vəziyyətinin  sabitləşdirilməsinə  sərf  edilir.  Dünya 
bankının əsas məqsədi inkişafa köməkdir və bu məqsəd əsasən inkişaf etməkdə olan ölkələrdə 
həyata  keçirilir.  Bu  məqsədlər  üzv  ölkələrin  bank  kreditləri  üçün  verdikləri  ərizələrdə  əks 
olunur.  Bankın  kredit  siyasəti  çox  ciddi  olduğundan,  vəsaitlərin  ayrılması  məsələsinin  həlli 
zamanı bank həmin ölkənin iqtisadi və maliyyə vəziyyəti haqqında çox geniş informasiya tələb 
edir və həmin ölkəyə öz nümayəndə heyətini göndərir. Nümayəndələr, hər şeydən əvvəl, ölkədə 
xüsusi bölmənin vəziyyətilə maraqlanır və inkişaf imkanlarını təhlil edirlər. Sonra isə təkliflər 
verilir. Əgər ölkə həmin təklifləri qəbul etməzsə, onda kredit almaq imkanlarını itirmiş olur. Bu 
təkliflər ölkənin müstəqilliyinə toxunmur və digər maliyyə-kredit təşkilatlarının (BVF) ölkədə 
fəaliyyətinə  uyğunlaşdırılır.  Lakin  onu  da  qeyd    edək  ki,  bankın  kredit  siyasətində  həmçinin 
siyasi motivlər də nəzərə alınır və iri dövlətlərin mövqeləri qorunur.  
Dünya bankının kredit siyasətində əsas yeri uzunmüddətli kreditlər tutur ki, bu kreditlər 
də 20-25 illik müddətə verilir. Ortamüddətli kreditlər bankın kreditləri arasında çox az paya 
malikdir. Çünki kreditlərin çoxu investisiya qoyuluşları üçün istifadə olunur.  
Iri beynəlxalq maliyyə-kredit təşkilatları ilə yanaşı, bir sıra regional banklar və maliyyə 
təşkilatları da fəaliyyət göstərir. Bu regional təşkilatların yaranmasında əsas səbəblər ondan 
ibarətdir ki, beynəlxalq təşkilatlar çox zaman regionlarda ölkənin kreditləşdirilməsini lazımi 
səviyyədə  həyata  keçirə  bilmirlər  və  regional  xüsusiyyətlər  tam  nəzərə  alınmır.  Bu 
problemlər  regional  maliyyə  təşkilatlarının  razılığını  vacib  edir.  Ən  mühüm  regional 
banklara  misal  olaraq,  İslam  İnkişaf  Bankını,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankını, 
Asiya  İnkişaf  Bankını,  Afrika  İnkişaf  Bankını  göstərmək  olar.  Bu  bankların  üzvləri  əsasən 
region  dövlətləri  olur  və  bankların  əsas  məqsədi  bu  region  dövlətlərinin  sosial-iqtisadi 
inkişafına kömək etmək və onları lazımi kredit vəsaitləri ilə təmin etməkdir.  
Onu da qeyd  edək ki, regional bankların üzvü olan ölkələr həm də beynəlxalq mliyyə-
kradit  təşkilatlarına  üzv  ola  bilərlər.  Məsələn,  Azərbaycan  BVF  və  Dünya  Bankına  üzv 
olmaqla bərabər, regionun müsəlman dövlətlərini birləşdirən İslam İnkişaf Bankının üzvüdür 
və  bu  bankın  kreditlərindən  istifadə  edir.  Bu  kreditlər  müsəlman  ölkəsi  kimi  Azərbaycana 
uzunmüddətə və bəzi güzəştlərlə verilir. Islam İnkişaf Bankı təqribən bütün islam ölkələrini 
özündə birləşdirir və bu ölkələrin iqtisadi inkişafında çox yaxından iştirak və kömək edir.  
Ümumiyyətlə,  bütün  regional  banklar  beynəlxalq  maliyyə  münasibətlərində  çox  geniş 
iştirak edirlər və ölkələrarası əlaqələrin genişlənməsində mühüm rol oynayırlar.   


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin