Natural və sənədli yoxlama. Bu zaman əmlakın və öhdəliklərin faktiki mövcudluğu yoxlanılır. Natural inventarlaşmanın nəticələrinin uçotu üçün ilk sənədin əsas forması inventarlaşma siyahısı və inventarlaşmaaktı hesab olunur. İnventarlaşma siyahıları, yaxud aktları iki nüsxədə tərtib edilir. Zəruri hallarda nüsxələrin sayını artırmaq mümkündür. Adları cəkilən sənədlər ya mürəkkəblə, ya da diyircəkli qələmlə aydın yazılmalı, hər hansı bir pozuntuya və silinməyə yol verilməməlidir. Siyahının (aktın) hər bir səhifəsində maddi sərvətlərin sıra nömrələrinin sayı və natural göstəricilərin ümumi yekunu yazılı şəkildə göstərilir. Səhvlərin düzəldilməsi siyahının bütün nüsxələrində həyata keçirilir. Bu zaman səhv yazılışın üstündən xətt çəkilir və onun üstündə düzgün rəqəm qeyd edilir. Düzəliş inventarlaşma komissiyasının bütün üzvləri və maddi-məsul şəxs tərəfindən imzalanmalıdır. Siyahılarda doldu- rulmamış sətirlər qalmamalıdır, son səhifədə isə belə sətirlərin üzərindən xətt çəkilməlidir.
Məbləğlərintaksirovkası. Bu mərhələdə siyahılarda (aktlarda) ilk sənədlərin və mühasibat uçotunun məlumatları əsasında əmlak və öhdəliklərin pulla qiymətləndirilməsi həyata keçirilir.
Müqayisəli-analitik mərhələ. Bu mərhələdə əmlak və öhdəliklərin fak- tik mövcudluğu mühasibat uçotunun məlumatları ilə üzləşdirilir. İnventarlaşma komissiyası kənarlaşmanın səbəblərini araşdırır və onların inventarlaşma nəticələrinin uçotunda əks etdirilməsi üsullarını təklif edir. Mal-material ehtiyatlarının artıq, yaxud əksik gəlməsinin yaranması faktı üzrə maddi-məsul şəxslərdən izahat alınmalıdır. Siyahının sonuncu səhifəsində qiymətlərin yoxlanılması, taksirovkası və yekunların hesablanması yoxlamanı aparan şəxsin imzası ilə təsdiq edilməlidir. Müqayisəli-analitik mərhələnin yerinə yetirilməsinin nəticələri üzrə
komissiyanın bütün təklifləri İnv-26 formalı “İnventarizasiya prose-sindəaşkaraçıxarılannəticələrinuçotu cədvəlində”ümumiləşdirilir.