Maliyyə hesabatı


II BÖLMƏ. MALİYYƏ HESABATININ AYRI-AYRI TƏRKİB HİSSƏLƏRİ



Yüklə 3,18 Mb.
səhifə28/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

II BÖLMƏ. MALİYYƏ HESABATININ AYRI-AYRI TƏRKİB HİSSƏLƏRİ





III FƏSİL. MÜHASİBAT BALANSI


    1. Mühasibat balansının mahiyyəti və əhəmiyyəti


    2. Balansın daxili qarşılıqlı əlaqəsi
    3. Mühasibat balansının növləri və formaları


    4. Mühasibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri
    5. Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri





    1. Mühasibat balansının mahiyyəti əhəmiyyəti



Balans (fransızca balance-tərəzi) maliyyə hesabatının aşağıdakı üc mühüm elementi haqqında miqdar informasiyalarını ümumiləşdirir və əks etdirir:

  • Aktivlər

  • Öhdəliklər

  • Kapital

Balans bütün hallarda uçotun ən mühüm kateqoriyalarından biridir. Balans mövzusunda yüzlərlə elmi əsərlər işıq üzü ğörmüşdür. XIX əsrin birinci yarısında, “balansşünaslıq” termini geniş yayılmışdı. Həmin dövrlərdə balansşunaslıq uçotun başlıca tərkib hissəsi qismində araşdırılırdı. Keçmiş Sovetlər ölkəsində balansın öyrənilməsində və onun təbliqində rus alimi A.P.Rudanovskinin, Azərbaycanda isə prof. Ə.S.Fərəcovun çox böyük xidmətləri olmuşdur.
Həm əvvəllər, həm də indi təsdiq edilir ki, necə bir hesabat forması kimi balans obyektiv xarakter daşıyır.
Balansda təsərrüfat vəsaitləri (aktivlər) növləri, tərkibi və istehsal prosesindəki funksional roluna ğörə, eyni zamanda öhdəliklər və kapital formalaşması və məqsədli təyinatı üzrə təcəssüm etdirilir. Qeyd etmək lazımdır ki, balansda qruplaşma və ümumiləşdirilmə həm ötən ilin, həm də hesabat ilinin əvvəlinə və axırına verilir. Belə bir qruplaşdırılma və ümumi- ləşdirilmə balansın mahiyyətinin dərk olunması sərhədlərini genişləndirir

və eyni zamanda iqtisadi subyektin mallar, iş və xidmətlər bazarında maliyyə sabitliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.


Mühasibat balansının mahiyyəti onun təyinatında təzahür edir:

  • balans mühasibat uçotu metodunun tərkib hissəsi olunub, onun bir elementidir;

  • mühasibat balansı dövri və illik maliyyə hesabatının formalarından biridir.

Balans necə bir hesabat forması kimi ayrıca cədvəldən ibarətdir. Müəssisənin mülkiyyətində olan eyni vəsait məbləğləri öz əksini həm aktivdə, həm də passivdə tapır.
Aktiv və passivin müasir məzmunu informasiyaları onun istifadəçi- lərinə, hər şeydən əvvəl, kənar istifadəçilərə ötürülməsinə istinad edir. Məhz bu amilə görə, balans maddələri özünün çox yüksək analitikliyi ilə seçilir. Daha konkret desək, müasir balans debitor və kreditor borclarının vəziy- yətini, xüsusi kapitalın, cari xərclər, yaxud təşkilatın mənfəəti hesabına yaradılan ehtiyatların müxtəlif növlərinin mahiyyətini açıqlayır.
Əslində mühasibat balansı informasiyalar mənbəyidir. Bu informa- siyalar əsasında iqtisadi subyektin maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək heç bir çətinlik yaratmır. Buna görə də mühasibat hesabatı formaları içərisində balans birinci yeri tutur. Onun göstəricilərini mühasibat hesabatının digər formalarının göstəriciləri ilə əlaqələndirmək mümkündür. Balansda verilən informasiyaları dərk etmək üçün təkcə onun strukturu haqqında deyil, eyni zamanda müxtəlif göstəricilərin məntiqi və spesifik qarşılıqlı əlaqələrini bilmək çox vacibdir.



    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin