Maliyyə hesabatı


Balansın hesablarda mühasibat yazılışları vasitəsilə əsaslandırıl-



Yüklə 3,18 Mb.
səhifə30/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Balansın hesablarda mühasibat yazılışları vasitəsilə əsaslandırıl- ması: balansın düzgünlüyünün ən vacib şərtlərindən biri onun tərtib edilmə- sindən əvvəl analitik və sintetik uçot hesabları üzrə yazılışların üzləş- dirilməsi hesab olunur. Bunun üçün bütün analitik hesablar üzrə hesabat dövrünün axırına dövriyyələr və qalıqlar hesablanmalı, dövriyyə cədvəlləri tərtib olunmalı və onun məlumatları müvafiq sintetik hesabların məlumatları ilə müqayisə edilməlidir. Bu zaman aşkarlanan bərabərlik sintetik və ana- litik hesablardakı yazılışların düzgünlüyünün qarantıdır;




  • Balansın mühasibat hesablamaları ilə əsaslandırılması: mühasi- bat hesablamaları dəqiq aparılan balans daha düzgün sayılır. Belə hesab- lamalara aiddir: mal-material ehtiyatlarının faktiki maya dəyərinin uçot qiymətləri üzrə dəyərində kənarlaşması məbləğinin bölüşdürülməsi, ümum- istehsalat və ümumtəsərrüfat (inzibati) xərclərinin silinməsi, məhsulların maya dəyərinin kalkulyasiyası və i.a. hesablamalar. Həmin hesablamaların düzgünlüyü mənfəətin kəmiyyətinə əhəmiyyətli təsir göstərir;

  • Balansın inventarlaşma ilə əsaslandırılması: inventarlaşmanın mahiyyəti təşkilatın əmlakının natural şəkildə yoxlanılması və nəticələrin debitor və kreditorlarla hesablaşmalar vasitəsilə üzləşdirilməsində təzahür edir. İnventarlaşma aparıldıqdan sonra hesablar üzrə uçot qalıqlarında düzəlişlər edilir ki, bu da balansın düzgünlüyünü daha da artırır;

  • Balansın reallığı: balansın reallığı dedikdə, onun maddələrinin qiy- mətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu başa düşülür. Balans qiymətləndirilməsinin bir sıra nəzəriyyələri mövcuddur: məsələn, obyektiv qiymətləndirmə nəzəriyyəsi, subyektiv qiymətləndirmə nəzəriyyəsi, kitab vasitəsilə qiymətləndirmə. Obyektiv qiymətləndirmə nəzəriyyəsi bazar qiy- məti prinsipinə istinad edir. Belə qiymətlər balansın tərtib olunduğu anda əmlak satıldığı zaman müəyyənləşdirilir. Subyektiv qiymətləndirmə nəzə- riyyəsinə görə aktivlərin dəyəri təşkilatın qərarlaşdığı fərdi şəraitdən asılı olur. Kitab vasitəsilə qiymətləndirmə aktivlərin uçotda (kitabda) qeydə alındığı qiymətə əsaslanır. Sadalanan nəzəriyyələrin heç birisi qiymətlən- dirmə məsələsi haqqında birmənalı qərar verə bilmir. Buna görə də nisbi reallıqla, başqa sözlə, balans maddələrinin hazırda qüvvədə olan standartlar vasitəsilə qiymətləndirilməsi ilə kifayətlənmək lazım gəlir. Balansın reallığı xeyli dərəcədə təşkilatın aktivlərinin likvidlik dərəcəsindən asılıdır;


  • Yüklə 3,18 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin