Analitik balansın yuxarıda verdiyimiz sxemindən istifadə etməklə, təşkilatın maliyyə vəziyyətinin bir sıra mühüm xarakteristikasını əldə etmək mümkündür:
əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin formalaşması üçün nəzərdə tutulan uzunmüddətli kreditlərin və borcların kəmiyyəti;
dövriyyə aktivlərinin formalaşması üçün nəzərdə tutulan qısamüd- dətli kreditlərin və borcların kəmiyyəti;
kreditor borclarının kəmiyyəti.
Müəssisə hər bir təqdim edilən maddənin mühasibat balansında və ya onun qeydlərində müəssisənin əməliyyatlarına müvafiq olaraq təsnifləş- dirilən yarımmaddələrə bölünməsini açıqlamalıdır. Hər bir maddə mahiy- yətinə görə yarımmaddələrə bölünür. Bu zaman əsas təsərrüfat cəmiyyəti və bütün törəmə cəmiyyətləri, asılı müəssisələr və digər əlaqəli tərəflərdən alınmalı və ödənilməli məbləğlər ayrıca açıqlanmalıdır.
Mühasibat balansı və qeydlərdəki məlumatların təfərrüatı ilə açıqlan- ması Milli Mühasibat Uçotu Standartlarının tələblərindən, eləcə də gös- tərilən maddələrin xarakterindən, funksiyalarından və onların məbləğlərinin həcmindən asılıdır.