Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə37/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

cari dəyərlə, yəni hər hansı obyektin dəyişdirilməsi zəruri olan tarixə ödənilən pul vəsaitinin məbləği ilə

  • cari bazar qiymətilə, yəni obyektin satılması nəticəsində, yaxud onun ləğv edilmə müddəti daxil olan zaman alına bilən pul vəsaiti məbləği üzrə.



      1. Azərbaycanda və beynəlxalq praktikada balansların quruluş sxemləri


    Mühasibat balansının əsas elementi balans maddələri (sətirləri) hesab olunur. Balans maddələri hesabat dövrünün əvvəlinə və axırına iqtisadi resursların (aktivləri) və onların yaranma mənbələrinin (passivləri) müxtəlif növlərini xarakterizə edir.


    Dünya praktikasında mühasibat balansının şaquli və üfüqi forma- larından istifadə olunur. Şaquli formada aktivlər balansın sol tərəfində, passivlər isə sağ tərəfində yerləşdirilir.
    ABŞ-da balansın üfüqi, yaxud şaquli formalarından istifadənin seçimi iqtisadi subyektlərin öhdəsinə buraxılır. Seçilmiş variantdan asılı olmayaraq aşağıdakı bərəbərliyə əməl olunmalıdır:

    AKTİVLƏR = ÖHDƏLİKLƏR + KAPİTAL (1)


    Amerikan balansında aktivlər balans maddələrinin likvidliyi qayda- sında yerləşdirilir: kassadakı pul vəsaitlərindən başlayaraq qeyri-maddi aktivlərədək. Balansın sağ tərəfi ya “Kapital”, ya da “Passiv və səhmdar kapitalı” adlanır.
    Böyük Britaniyada uçot praktikasında balansın quruluşunun hər iki formasından istifadə nəzərdə tutulur. Lakin balans maddələri yerləşdiril- dikdə, mühasiblər L.Paçoli tərəfindən təsvir edilən tənliyi əsas götürürlər: AKTİVLƏR ÖHDƏLİKLƏR = MÜLKİYYƏTİN KAPİTALI (2)
    Azərbaycanın uçot praktikasında ikitərəfli tənliyin J.B.Dümarş
    tərəfindən qanuniləşdirilmiş formasından istifadə edilir:

    AKTİVLƏR = KAPİTAL + ÖHDƏLİKLƏR (3)


    Mühasibat müşahidəsi obyektlərini əks etdirən, istehsalat-təsərrüfat fəaliyyətini təmin edən bütün balans maddələri şaquli qaydada (biri- digərinin ardınca), yaxud ənənəvi - üfüqi qaydada yerləşdirilə bilər. İkinci variantda göstəricilər iki əks tərəfdə qeydə alınır: solda - aktivlər, sağda – passivlər (kapital və öhdəliklər).
    Balansda maddələr qrup halında, qruplar isə bölmələr şəklində birləş- dirilir. Belə bir şəkildə birləşmənin əsasını balansın iqtisadi mahiyyəti diktə edir.

    Bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin iştirakcılarının təşkilatların maliyyə vəziyyəti haqqında obyektiv və etibarlı informasiyalara maraqları əhəmiyyətli dərəcədə artmışdır. Bazar münasibətlərinin bütün subyektləri (mülkiyyətçilər, investorlar, banklar, birjalar, malsatanlar, alıcılar, sifarişçilər və s.) özlərinin partnyorlarının rəqabət qabiliyyətinin və etibarlılığının birmənalı şəkildə qiymətləndirilməsində maraqlıdırlar.


    Müəssisənin maliyyə vəziyyəti aktivlərin və öhdəliklərin təminatlı istifadəsi və xarakteri ilə müəyyənləşdirilir.
    Maliyyə vəziyyətinin dinamikasına ümumi qiymət vermək üçün balans maddələrini likvidlik və öhdəliklərin təcililiyi əlamətləri üzrə qruplaşdırmaq lazımdır. Bu qaydada qurulmuş balansa aqreqasiya olunan balans deyilir. Müəssisənin mövcud əmlakının və öhdəliklərinin struktu- runun təhlili aqreqasiya olunan balans əsasında aparıla bilər. Aqreqasiya olunan balansın sxemi cədvəl 3.1-də verilir.
    Cədvəl 3.1

    Yüklə 3,18 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   33   34   35   36   37   38   39   40   ...   124




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin