Nizamnaməlimühasibatbalansları təşkilatın nizamnaməsində qeyd olunan əsas fəaliyyəti üzrə maliyyə vəziyyətini açıqlayır.
Nizamnaməsizmühasibatbalansları müvafiq hüquqi şəxsin sair fəaliyyət növləri (nizamnamədə olmayan) üzrə informasiyaları təqdim edir.
Xalqtəsərrüfatınınsahələriüzrəmühasibatbalansları aşağıda- kılara bölünür:
sənaye müəssisələrinin balansı;
kənd təsərrüfatı müəssisələrinin balansı;
ticarət müəssisələrinin balansı;
nəqliyyat təşkilatlarının balansı və i.a.
Tərtibedilməüsulunagörəmühasibatbalansları belə təsnifləş- dirilir:
dövriyyə formalı balanslar;
sadə formalı balanslar;
şahmat formalı balanslar.
Dövriyyə (dövriyyə-saldo) balanslarındanaparılan təsərrüfat əməliyyatlarının tamlığına cari nəzarət məqsədilə istifadə olunur.
Mühasibatbalansınınsadəforması tipik hesab olunur və Respub- lika Maliyyə Naziirliyi tərəfindən təsdiq edilir.
Şahmatbalansı özündə dövriyyə-saldo balansının bütün əlamətlərini birləşdirir.
Balans nəzəriyyəsi prinsiplərinə uyğun olaraq balanslar belə təsnifləşdirilir:
dinamik balanslar;
statik balanslar;
orqanik balanslar;
proizvod balanslar.
Bazar iqtisadiyyatında proizvod balanslar strareji planlaşma (strateji perspektiv balans), operativ planlaşma (operativ perspektiv balans) və büdcə planlaşması (direktiv balans) məqsədilə istifadə olunur.