yazılışlarınnömrəsi: burada uçot bölməsinin kodu və sıra nömrəsi göstərilir. Məsələn, TTA 111- “Torpaq, tikili və avadanlıqlar”;
yazılışlarınməzmunu: bu rekvizit yazılışların qısa mahiyyətini əks etdirir;
əsas: burada beynəlxalq standartların maddələrinə istinad olunur. Bunun əsasında müvafiq nizamlama aparılır və qısa məzmun təsvir edilir;
raznoska: raznoskada nizamlayıcı yazılışların aparılacağı hesabların debeti və krediti göstərilir;
məbləğ: elektron cədvəllər tətbiq edildikdə, yazılışların məbləği cədvəl- lərarası istinadların köməyilə müvafiq işçi cədvəllərinin yekunundan avtomatik surətdə köçürülür;
dəyişiklik: bu rekvizitdən əsas tərkib hissələri üzrə yazılışların məb- ləğini açıqlamaq üçün istifadə edilir.
Xüsusi transformasiya cədvəlləri icmal transformasiya cədvəllərinin formalarını təkrarlayır. Onlar özlüyündə müəyyən işçi cədvəllərinə və transformasiya yazılışları jurnallarına aid edilən icmal cədvəllərin bir his- səsini təcəssüm etdirir.
Xüsusi transformasiya cədvəlləri hesabatın transformasiyası üzrə işləri bir neçə icraçı arasında bölüşdürməyə imkan verir. Daha konkret desək, hər bir icraçıya uçotun bir, yaxud bir neçə bölməsi təhkim olunur. Hər bir bölmə üzrə transformasiyanın aşağıdakı zəruri prosedurları həyata keçirilir:
ilkin uçot məlumatlarının xüsusi transformasiya cədvəlinə daxil edil- məsi;