Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə15/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Uçot prosedurlarının standartlaşdırılmasi ideyası uçotun unifika- siyası çərçivəsində reallaşır. Bu ideya Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitəsi tərəfindən həyata keçirilməkdədir. Həmin ideyanın mahiyyəti bundadır ki, istənilən ölkədə istənilən situasiyada tətbiq olunan

standartların unifikasiya edilən dəstinin hazırlanmasında milli standartların yaradırması zərurətinə ehtiyac qalmır.Vahid standartların tətbiqinə gəldikdə isə, buna qanunvericilik yolu ilə deyil, ölkələrin peşə təşkilatlarının könüllü razılığı əsasında nail olmaq mümkündür.


MHBS üzrə Komitə 2000-ci ilədək harmonizasiya və standartlaşdırma məsələlərinin həllini qarşıya qoymuşdu. Bu prosesdə Komitə uçot məsə- lələrinin keyfiyyətcə yeni həllini nəzərdə tuturdu və alınan nəticə milli standartların unifikasiyası üçün əsas götürülməli idi.
2001-ci ildə MHBS üzrə Komitə tərəfindən konvergensiya prosesini nəzərdə tutan yeni Nizamnamə qüvvəyə mindi.
Konvergensiya dedikdə, Komitə və uçotu tənzimləyən milli orqanlarla birlikdə hesabatlarda daha effektiv və keyfiyyətli informasiyaların veril- məsinin təmin edilməsi nəzərdə tutulur. Başqa sözlə, harmonizasiyadan fərqli olaraq, konvergensiya MHBS üzrə Komitənin və uçotu tənzimləyən milli orqanların daha dəqiq və effektiv qərarların tapılması və qəbulu üçün birgə fəaliyyəti kimi başa duşulməlidir. Konvergensiya prosesi MHBS Komitəsinin Nizamnaməsində və prosedurlarda nəzərdə tutulan bir sıra konkret tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Onların arasında olan ən mühümləri aşagıdakılardır: Komitənin partnyoru qismində bir sıra milli tənzimlzyici orqanların müəyyənləşdirilməsi; Komitənin İdarə Heyətinin müntəzəm surətdə (üç ildə bir dəfədən az olmamaq şərtilə) milli tənzim- ləyici orqanlarla görüşməsi; iş planlarının koordinasiyası; konkret milli tənzimləyici orqanlarla əlaqələrə məsuliyyət daşıyan İdarə Heyəti üzvlərinin təyin edilməsi; Standartların qəbulu proseslərinin razılaşdırılması; birgə işçi qruplarının yaradırması.
2002-ci ildən sonra aparılan tədqiqatlar maliyyə hesabatlarının vahid dünya dilinin formalaşmasında əhəmiyyətli tərəqqiyə gətirib çıxartdı. Vahid dünya dili Səhmləri fond birjalarında kotirovka olunan şirkətlər üçün daha vacibdir. Konvergensiya prosesində gələcək addımlar müxtəlif ölkələrin milli uçot sistemlərinin səylərini birləşdirməyi və onlarla daha sıx əmək- daşlığı nəzərdə tutur. Prosesin başlıca vəzifələrinə aşağıdakılar aiddir:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin