İqtisadi inteqrasiya. İnteqrasiya müxtəlif təşkilati formalarda həyata keçirilə bilər. Məsələn, bəzi şirkətlər özlərinin biznesini digər bölmələrlə paralel şəkildə fəaliyyət göstərən ayrıca bölmə şəklində təşkil edir. Di- gər şirkətlər həm daxili, həm də xarici bazarlarda özlərinin fəaliyyətini müxtariyyət şəklində ayrıca istehsalat xətti vasitəsilə təşkil etməyə üstünlük verirlər. Üçüncü qisim təşkilatlar funksional əlamətlər üzrə fəaliyyət göstərirlər. Bu halda istehsalat, təchizat, satış, maliyyə və uçot funksiyaları müxtəlif funksional-istehsalat vahidlərində inteqrasiya olunur;
Korporativinternasionallaşdırmanın nümunəsi kimi səhmlərin nə- zarət paketlərinin əldə olunması və yaxud bəzi firmaların digər xarici şirkətlər tərəfindən tam şəkildə ələ keçirilməsi göstərilə bilər;
Beynəlxalqmaliyyəbazarınıninkişafı dedikdə, dünyanın müxtəlif ölkələrinin birjalarında qiymətli kağızların alqı-satqısı başa düşülür;
Beynəlxalqkapitalbazarınınformalaşması. Potensial investorlar maliyyə hesabatlarının şəffaf (anlaşıqlı) olmasını tələb edirlər. Belə ki, investor qoyduğu kapitaldan necə istifadə edildiyini izləmək imkanına malik olmalıdır;
Transmillikorporasiyaların(TMK)güclənməsi. İlk belə korpora- siyalar 50-60 il bundan əvvəl yaranmışdır. Həmin dövrlərdə onların təsir dairəsi cüzi idi. Lakin müasir şəraitdə transmilli korporasiyalar özlərinin iqtisadi və siyasi güclərini toplamaqdadırlar. TMK-nın fəaliyyət göstər- diyi şəraitdə müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayi- səliliyi problemi xüsusi aktuallıq kəsb edir. Belə ki, beynəlxalq qayda- lara görə TMK-nın filialı yerləşdiyi ölkənin qanunlarını və uçot stan- dartlarını əsas götürməlidir. Müvafiq surətdə müxtəlif ölkələrin maliyyə hesabatları biri-birilə müqayisə oluna bilmir və son nəticədə konsolidə edilmiş hesabatın formalaşması prosesi müəyyən çətinliyə məruz qalır.