Maliyyə hesabatından istifadə edənlər
Mühasibat informasiyaları maliyyə hesabatlarını istifadə edən hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulmuşdir. Hüquqi və fiziki şəxlər təşkilatın fəaliyyətinin nəticələrinə birbaşa, yaxud dolayı yolla təsir edirlər.
Maliyyə hesabatından istifadə edənləri iki böyük qrupa bölmək olar: kənar və daxili istifadəçilər.
Nəzarət edənlər
Təşkilatın rəhbəri; Təşkilatın bölmələri; Təşkilatın əmlakının mülkiyyətçiləri; Təşkilatın işçi heyəti, təsisçilər, səhmdarlar və təsərrüfat cəmiyyətlərinin iştirakçıları
Mühasibat informasiyalarının istifadəçilərinin tərkibi aşağıdakı şəkildə verilmişdir (şəkil 1.1).
Vergi xidməti; Statistika orqanları; Hüquq-mühafizə orqanları;
Auditor firmaları; Digər nəzarətedici orqanlar
Şəkil 1.1. Mühasibat informasiyalarının istifadəçiləri
Mühasibat uçotunun mövcud konsepsiyası göstərir ki, müəssisənin uçot informasiyalarında marağı olan istifadəçilərin əsas qrupları mühasibat uçotunda formalaşan aşağıdakı informasiyalara daha çox meyil göstərirlər (cədvəl 1.1.).
Cədvəl 1.1
İstifadəçi qrupları və onları maraqlandıran informasiyalar haqqında məlumat
İstifadəçilər
|
İnformasiyalar
|
İnvestorlar və onların nümayəndələri
|
Risklər və investisiyaların gəlirliliyi
İnvestisiyalara sərəncam verilməsi imkanları və məqsədəuyğunluğu
Təşkilatın dividend ödəmək bacarığı
|
İşçilər və onların nümayəndələri
|
İşverənlərin stabilliyi və mənfəətliliyi
Təşkilatın əmək ödənişinə zəmanət vermək və iş yerlərini saxlaya bilmək bacarığı
|
Malsatanlar və podratçılar
|
Çatası məbləğlərin vaxtında ödənilməsi
|
Malalanlar və sifarişçilər
|
Fəaliyyətin davam etdirilməsi haqqında
informasiyalar
|
Hakimiyyət orqanları
|
Müəssisənin fəaliyyəti haqqında informasiyalar
|
Təşkilatın rəhbərliyi mühasibat informasiyalarının başlıca istifadəçiləri hesab olunur. Təşkilatın rəhbəri onun fəaliyyətinin praktik olaraq bütün tərəflərini əhatə edən qərarlar qəbul edir. Ümumiyyətlə, rəhbərlik üçün istə- nilən mühasibat informasiyası faydalı sayılır. Mühasibat hesabatı, xüsusən də mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat daha çox maraq doğurur. Belə ki, əsas hesabat formalarında nəinki ötən dövrün, həm də əvvəlki hesabat dövrlərinin məlumatları verilir. Hesabatla tanışlıq əsas göstəricilərdəki dəyişiklikləri təhlil etməyə imkan yaradır. Məsələn, təşki- latın rəhbərliyini maraqlandırır: bank hesablaşma hesablarında, kredit hesablarında və təşkilatın kassasında olan pul vəsaitlərinin məbləği; təşki- latın götürdüyü mənfəətin məbləği; debitor borclarının dəyişilməsinin dina- mikası; işçilərə olan borclar haqqında məlumatlar və i.a. Təşkilatın rəhbər- liyi idarəetmə və inzibatı fəaliyyətlərində təkcə təşkilatın maliyyə vəziyyəti haqqında hesabat məlumatlarından deyil, həmçinin istehsal prosesinin vəziyyəti haqqında məlumatlardan da istifadə edir. Başqa sözlə, istifadə- çilərin həmin qrupu üçün təkcə mühasibat uçotunun deyil, həm də operativ və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir.
Təşkilatın maliyyə təhlili ilə məşğul olan bölmələri özlərinin işində adətən mühasibat hesabatının məlumatlarından istifadə edirlər. İstifadəçi- lərin həmin kateqoriyası üçün məlumatların tərkibi təhlilin məqsəd və
vəzifələrindən asılıdır. Məsələn, strateji idarəetmə məqsədləri üçün aparılan təhlil üçün təkcə son iki ilin deyil, həmçinin ardıcıl bir neçə ilin məlumatları da tələb oluna bilər.
Dostları ilə paylaş: |