A səviyyəsi: -
maliyyə uçotu standartları üzrə təlimat;
-
interpretasiyalar;
-
tövsiyələr;
-
mühasibat uçotu üzrə tədqiqat bülletenləri.
-
B səviyyəsi: -
texniki bülletenlər;
-
mühasibat uçotu və audit üzrə sahə təlimatları;
-
izahlar.
-
S səviyyəsi: -
işçi qrupunun ümumi qərarı,
-
praktik bülletenlər;
-
tətbiq üzrə təlimatlar;
-
uçotun qəbul edilən sahə praktikası.
ABŞ-ın GAAP sisteminin əsasını A səviyyəsinin sənədləri təşkil edir.
-
Maliyyə hesabatının tərkibi
Мüasir dövrdə ölkəmizdə müəssisə və təşkilatların maliyyə hesabatının tərkibi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında formalaşmışdır. Qanunda Azərbaycan Respublikası ərazi- sində fəaliyyət göstərən və maliyyə hesabatı tərtib etməli olan müəssisə və təşkilatlar iki qrupa bölünür:
-
Kommersiya təşkilatları;
-
Qeyri-kommersiya təşkilatları.
Kommersiya təşkilatları da öz növbəsində üç qrupa parçalanır. On- lardan birincisi ictimai əhəmiyyətli qurumlar, ikincisi kiçik sahibkarlıq sub- yektləri, üçüncüsü isə digər kommersiya təşkilatlarıdır ki, onlar da Qanunda və onun əsasında hazırlanmış normativ-hüquqi sənədlərdə “ictimai əhəmiy- yətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları” kimi adlanır. Biz isə onları “adi kommersiya təşkilatları” adlan- dırmağı məqsədəuyğun hesab edirik.
Qanunda “qeyri-kommersiya təşkilatları” dedikdə, büdcə təşkilatları, bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları və qeyri-hökumət təş- kilatları nəzərdə tutulur.
Göstərilən qruplara aid edilən müəssisə və təşkilatlarda maliyyə he- sabatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı ayrı-ayrı maddələri üzrə tənzimlənir:
|