KURS ÜZRƏ TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI.
|
|
ƏLAVƏLƏR . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 1 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 2 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 3 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
|
198
199
212
215
|
GİRİŞ
Ölkəmizdə iqtisadi inkişafın müasir dövründə müəssisə və təşkilatların idarə edilməsində mühasibat uçotu və maliyyə hesabatının rolu get-gedə artmaqdadır. Mühasibat uçotu və maliyyə hesabatı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiq olunması və onların əsasında Azərbaycan iqtisadiyyatının özəlliklərinə uyğunlaşdırılmış milli standartların yaradıl- ması ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş iqtisadi qurumlarına mü- vəffəqiyyətlə və əlverişli şəkildə inteqrasiyasına və yüksələn templə inkişaf etdirilməsinə hesablanmışdır. Bununla əlaqədar olaraq, son onillikdə mü- hasibat uçotu və maliyyə hesabatının bir çox məsələlərində ciddi dəyişik- liklər meydana gəlmişdir. Demək olar ki, mühasibat uçotu və maliyyə he- sabatı nəzəri və praktiki cəhətdən dəyişikliyə uğramış və müasir bazar iqti- sadiyyatının tələblərinə tamamilə uyğun olan yeni iqtisadi əsaslar üzərində formalaşdırılmışdır. Bütün bunlar “050402-Mühasibat uçotu və audit” ix- tisası üzrə mütəxəssis hazırlığında mühasibat-maliyyə hesabatının dərindən öyrənilməsi zərurətini şərtləndirmişdir.
Maliyyə hesabatı müəssisənin mühasibat uçotu prosesinin son məhsulu və uçot informasiyalarının işlənməsinin son mərhələsidir. Maliyyə hesa- batında müəssisənin kənar istifadəçilər üçün təqdim etdiyi standart infor- masiyalar əks olunur. Ona görə də mühasibat uçotunun tələbələrə öyrə- dilməsi prosesində maliyyə hesabatı özünəməxsus şəkildə mühüm yer tutur. Bunları nəzərə alaraq, “050402-Mühasibat uçotu və audit” ixtisası üzrə bakalabr ali təhsilinin dövlət standartında maliyyə hesabatının ayrıca fənn kimi tədris olunması nəzərdə tutulmuşdur. Oxuculara təqdim edilən bu dərs vəsaitində həmin standartın tələblərinə uyğun hazırlanmışdır. Bununla yanaşı, dərs vəsaitinin hazırlanmasında mühasibat uçotu və maliyyə hesa- batı sahəsində ölkəmizdə hal-hazırda tətbiq olunan beynəlxalq və milli stan- dartların tələbləri də nəzərə alınmışdır.
Dərs vəsaitinin 3 bölmədən və 12 fəsildən ibarətdir. Birinci bölmə 2 fəsildən ibarət olub, maliyyə hesabatının nəzəri və metodiki məsələlərinə həsr edilmişdir. Burada maliyyə hesabatının təyinatı, mahiyyəti, normativ tənzimlənməsi, tərkibi, konseptual əsasları və digər bu kimi məsələlərə baxılır.
“Maliyyə hesabatının ayrı-ayrı tərkib hissələri” adlanan və 5 fəsildən ibarət olan ikinci bölmədə mühasibat balansı, mənfəət və zərərlər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər hər biri bir fəsildə olmaqla şərh edilir.
Üçüncü bölmə 5 fəsildən ibarət olub, burada birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatının, aralıq maliyyə hesabatlarının, hiperinflyasiya şəraitin- də maliyyə hesabatlarının və əməliyyat seqmentləri üzrə hesabatın hər birinin mahiyyəti, xarakterik xüsusiyyətləri və tətbiqi məsələləri verilir.
Dərs vəsaitinin sonunda kurs üzrə tövsiyyə olunan ədəbiyyatın siyahısı və əlavələr verilir. Əlavələrdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Dövlət Neft Şirkətinin 31 dekabr 2014-cü il tarixinə konsolidasiya olunmuş maliyyə hesabatı verilmişdir.
Bu dərs vəsaitinin mühasibat uçotu və maliyyə hesabatının yeni stan- dartlarının tələbləri əsasında yazılmış ilk vəsait olduğu üçün onun istifadəsi prosesində bəzi nöqsanlar aşkar edilə bilər. Oxuculardan xahiş olunur ki, belə nöqsanlar haqqında rəy və təkliflərini bu ünvana göndərsinlər:
Bakı şəhəri, İstiqlaliyyət küçəsi-6, Azərbaycan Dövlət İqtisad Univer- siteti, “Mühasibat uçotu və audit” kafedrası. Telefon: +994124926054.
Dostları ilə paylaş: |