Debitorların əsas marağı təşkilatın ödəmə qabiliyyəti haqqında infor- masiyaları əldə etməkdən ibarətdir.
Qarşılıqlı əlaqəsi olan təşkilatların qrupu üçün bütün qrupun daxilində mövcud olan hesablaşmaların vəziyyəti haqqında informasiyalar daha vacibdir.
Vergi orqanlarını vergilərin müxtəlif növləri üzrə vergi bazasının vəziyyəti və olçüsü haqqında məlumatlar maraqlandırır. Bu orqanlar müha- sibat hesabatlarının göndərildiyi rəsmi ünvanlardan biridir.
Statistika orqanları dövlət səviyyəsində qərarların qəbulu üçün zəruri sayılan informasiyaları formalaşdırır və təqdim edir.
Hüquq-mühafizə orqanları təşkilatların təsərrüfat-maliyyə fəaliyyə- tinin müxtəlif məsələlərinin yoxlanılmasını həyata keçirir. Onların diqqət yetirdiyi obyekt dedikdə, təşkilatların hesabat-maliyyə göstəriciləri başa düşülür.
Auditor firmasının, yaxud müstəqil auditorların diqqət obyekti təşkilatın bütün təsərrüfat- maliyyə fəaliyyətinin araşdırılması ilə xarakterizə olunur.
Beləliklə, mühasibat hesabatları formalaşdırıldıqda, onlarda məlumat- ların konkret istifadəçilərin tələblərinə uyğun olaraq qruplaşdırılması və detallaşdırılması metodlarını tətbiq etmək lazımdır.
Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi
Son 20 ildə dünya miqyasında mühasibat uçotu və hesabatın beynəl- xalq səviyyədə unifikasiyası və standartlaşdırılması problemlərinin həllinə çox böyük diqqət yetirilir. İqtisadi sferada beynəlxalq inteqrasiyanın rolu- nun güclənməsi ilə müşayiət olunan biznesin inkişafı müxtəlif ölkələrdə mənfəətin hesablanması, vergiyə cəlbolunma bazası, investisiya şərtləri, qazanılan vəsaitlərin kapitallaşdırılması və s. üzrə prinsiplərin və alqo- ritmlərin formalaşmasının vahid və anlaşıqlı qaydada aparılması qarşısına müəyyən tələblər qoyur. İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılan mühasibat hesabatı bütün istifadəçilərin ( o cümlədən xarici istifadəçilərin) tələbatını maksimum ödəməlidir. Lakin uçot və hesabatın
milli praktikası göstərir ki, Maliyyə Hesabatının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartları arasında oxşar cəhətlər çox olsa da, onların fərqli cəhətləri də müşahidə olunmaqdadır.
Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılması pro- bleminin aktuallığı bir sıra obyektiv səbəblərdən irəli gəlir. Bunlar aşağı- dakılardır:
|