Kapitalın komponentləri, tanınması və qiymətləndirilməsi
Səhmləringerialınmasıvələğvedilməsi
Kapitalın saxlanılması üzrə düzəlişlər, müvafiq təqdim edil- mələr və açıqlamalar
«Kapitalda dəyişikliklər haqqında hesabat» üzrə kommersiyatəşkilatları üçün2№-liMMUS-unümumimüddəaları
Bu standart Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edilmişdir və «Maliyyə hesabatlarının təq- dimatı» adlı 1№-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsaslanmışdır.
2№-li Milli Mühasibat Uçotu Standartının əsas məqsədi müəssisələr tərəfindən kapitalda dəyişikliklərin tanınmasının, qiymətləndirilməsinin və təqdimatının ardıcıl və şəffaf qaydada təmin edilməsidir.
Qaydaya görə bu standart ictimai əhəmiyyətli qurumlara və kiçik sa- hibkarlıq subyektlərinə şamil edilmir. Kommersiya təşkilatları tərəfindən MMUS-a uyğun olaraq illik hesabatların tərkib hissəsi sayılan kapitalda dəyişikliklər haqqında hesabat eyni zamanda konsolidə edilmiş maliyyə hesabatlarına da aid olunur. Adı çəkilən standartda istifadə olunan terminlər səhmdar cəmiyyətlərində öz əksini tapır. Digər müəssisələr isə ekvivalent olan terminlərdən istifadə etmək hüququna malikdir.
İctimai əhəmiyyətli qurumlar özlərinin seçimləri əsasında təqdim etdikləri bütün maliyyə hesabatlarını Beynəlxalq Standartlar əsasında hazır- laya bilərlər.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Belə ki, uçotu tənzimləyən mövcud normativ-hüquqi aktlarla MMUS arasında ziddiyyət yarandığı hallarda kommersiya təşkilatları üçün MMUS-dan istifadəyə üstünlük verilməlidir.