Kapital dedikdə, bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktiv- lərinin dəyəri başa düşülür. Kapital aləti özlüyündə bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərində olan qalıq payını əks etdirən mü- qavilə deməkdir.
Müəssisəninnizamnaməkapitalı– qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq qeydiyyata alınan təsis sənədlərində müəssisənin müəyyən edilmiş kapitalını xarakterizə edir. Səhmdar cəmiyyətinın nizam- namə kapitalı bütün səhmlərin nominal dəyərlərinin cəmi kimi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müəssisənin nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam
buraxılmalı və ödənilməlidir.
Ödənilmişnizmnaməkapitalı dedikdə, müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsi başa düşülür.
Emissiyagəliri– buraxılmış səhmlərin nominal dəyərindən artıq ödənilən məbləği deməkdir.
Emissiyagüzəşti- səhmlərin buraxılış qiyməti nominal dəyərdən aşağı olduğu hallarda həmin məbləğlər arasındakı fərqi göstərir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.2-ci bəndinin tələblərinə əsasən səhmlər nominal dəyərdən aşağı qiymətlə yerləşdirilə bilməz.
Geri alınmış kapital (səhmlər) –sonrakı dövrlərdə yenidən bura- xılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən geri alınan səhmləri deməkdir.
Ödənilmişkapital – mülkiyyətçinin (səhmdarın) öz səlahiyyətləri çərçivəsində apardıqları köçürmələr nəticəsində kapitalda yaranan artım məbləğini göstərir. Səhmdar cəmiyyətlərində ödənilmiş kapitalı hesablamaq üçün nizamnamə kapitalının və emissiya gəlirinin cəmindən geri alınmış kapitalın məbləğini çıxmaq lazımdır.
Qazanılmış kapital müəssisənin fəaliyyət göstərdiyi bütün dövrlər ərzində hesabat tarixinə yığılan aşağıdakı məbləğləri əks etdirir:
MMUS-a uyğun olaraq kapitalda birbaşa tanınan sair gəlirlərdən kapitalda birbaşa tanınan sair xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ;
müəssisənin xalis mənfəətindən dividendlər və digər bölüşdü- rülmələr çıxıldıqdan sonra yerdə qalan məbləğ.