Qeyri-pul aktivləri formasında mülkiyyətçilərin kapital qoyuluşları bu aktivlərin ədalətli dəyəri ilə qiymətləndirilir. Əgər həmin aktivlərin ədalətli dəyəri səhmlərin nominal dəyərindən yüksəkdirsə, hər iki dəyər arasındakı fərq emissiyagəliri kimi, əks halda (yalnız qanunvericiliklə qadağan olunmadığı hallarda) emissiyagüzəşti kimi uçota alınmalıdır.
Ödənilmişnizamnaməkapitalı müəssisə tərəfindən buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, yaxud onların geri alınması nəti- cəsində azala bilər.
Buraxılan səhmlər nominal dəyərindən artıq məbləğə satılqıqda müəssisə emissiya gəliri əldə edir. Emissiya gəliri səhmlərin faktik qiyməti ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır və müəssisə kapitalının ayrıca hissəsi kimi əks etdirilməlidir.
Qanunvericilikdə müəyyən edilmiş hallarda buraxılmış səhmlər no- minal dəyərindən aşağı qiymətə satıla bilər. Bu hal səhmlərin emissiya gü- zəşti vasitəsilə buraxılması kimi nəzərdə tutulur.
Həmin güzəştin məbləği aşağıdakı qaydada uçota alınır:
bölüşdürülməmiş mənfəətin qalığı kifayət qədər olmazsa, ödənilmə- miş qalan məbləğ hesabat dövrünün ödənilməmiş zərəri kimi tanınmalıdır və hökmən açıqlanmalıdır.
Cari və keçmiş hesabat dövrləri üzrə yığılmış bölüşdürülməmişmənfəət(ödənilməmişzərər) kapitalın komponentlərindən biri kimi tanınmalıdır. Cari hesabat dövrünün bölüşdürülməmiş mənfəəti (ödənilmə- miş zərəri) cari hesabat dövrü üzrə mənfəət və zərər haqqında hesabat tərtib olunduqdan sonra müəyyənləşdirilir. Həmin ilin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri) kapital ehtiyatlarından köçürmələr nəzərə alınmaqla və hesabat dövrunun xalis mənfəətindən dividendlər çıxılmaqla yekun məbləğlə qiymətləndirilir.
Yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) əvvəlki dövrlərin bölüşdürülməmiş mənfəətinin (ödənilməmiş zərərlərinin) cəmini əks etdirir. Bölüşdürülməmiş mənfəət mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülə bilər. Yığılmış mənfəət maliyyə hesabatında kapitalın ayrıcakomponenti kimi təsnifləşdirilir.