Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə57/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyələşmə fəaliyyəti dedikdə, müəssisənin xüsusi kapitalının və borc vəsaitlərinin ölçüsündə və tərkibində baş verən dəyişikliklərin nəticəsi başa düşülür.
Əgər müəssisə, səhmdarlardan resurslar alırsa, resursları səhmdarlara geri qaytarırsa, kreditorlardan ssuda götürürsə və həmin ssudaları geri qay- tarırsa, deməli o, maliyyə fəaliyyətini həyata keçirir. Belə əməliyyatlarla bağlı yaranan pul vəsaitlərinin hərəkəti hesabatda ayrıca bölmə şəklində verilir:

  • səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları;

  • müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları;

  • borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxil- olmaları;




  • borc şəklində alınmış məblğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları;

  • məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiolmaları;

  • məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları;

  • maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları;

  • dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları;

  • faizlər şəklində pul vəsaitlərinin xaricolmaları.

Əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti aşağıdakı hallarda netto əsasında təqdim edilə bilər:

  • sifarişçinin fəaliyyətini əks etdirdiyi və onun adından həyata ke- çirildiyi hallarda;

  • çevik dövriyyə müddətli və qısa ödəniş müddətli əməliyyatların mövcud olduğu halda.

Xarici valyuta ilə aparılan əməliyyatlar nəticəsində yaranan pul vəsait- lərinin hərəkəti müəssisənin maliyyə hesabatlarında manatla əks etdirilir. Bu halda müəssisənin xarici valyutadakı məbləğlərinə qeyd olunan əməliyyatın baş verdiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsi tətbiq edilməlidir.
Xarici törəmə müəssisənin pul vəsaitlərinin hərəkəti qrupun maliyyə hesabatlarında manatla qeydə alınmalıdır.
Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yaranan digər xərclər və ya digər gəlirlər (mənfi və ya müsbət məzənnə fərqləri) pul vəsaitlərinin hərəkətinə aid edilmir.
Faizlər, dividendlər və kapitalda iştirak ilə bağlı digər daxilolmalardan yaranan pul vəsaitlərinin hərəkəti investisiya fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.
Kapital və ya öhdəliklər şəklində maliyyə vəsaitlərinin cəlb edilməsi nəticəsində yaranan faizlər və dividendlər və sair xaricolmalardan əmələ gələn pul vəsaitlərinin kənara axını maliyyələşdirmə üzrə fəaliyyət nəticə- sində yaranan pul vəsaitlərinin hərəkəti kimi qeydə alınmalıdır.

Hesabat dövrü ərzində ödənilmiş ümumi faiz məbləği müvafiq MMUS-ə uyğun olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda açıq- lanır.


Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitləri investisiya fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti kimi əks etdirilir.
Ödənilmiş və ya geri qaytarılmış mənfəət vergisi ayrıca açıqlanmalı və əməliyyat fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.
Pul vəsaitlərinin hərəkəti, onunla bağlı hər hansı alınmış aktivlər üzrə əvəzləşdirilən ƏDV, habelə satış ilə bağlı ƏDV və digər vergilər çıxılmaqla göstərilməlidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın forması aşağıda verilmişdir:



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin