Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulmasının məntiqi ardıcıllığı
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə kommersiya təşki- latları üçün 5№-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respub- likası Maliyyə Nazirliyyinin 18 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edil- mişdir. Bu standart 7№-li Maliyyə Hesabatının Beynəlxalq Standartlarına əsaslanır.
Hesabat, pul vəsaitləri və onların ekvivalentlərinin uçotu hesablarında əks etdirilən məlumatlar əsasında tərtib edilir.
Bu standart ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları tərəfindən tətbiq olunur. 5№-li Standartda verilən əsas anlayışlara aşağıdakılar aiddir:
pulvəsaitləri nağd pul vəsaitlərini, eləcə də bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitlərini əks etdirir;
pul vəsaitlərinin ekvivalentləri qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay, yaxud daha az ödəniş müddətinə malik olan yüksək likvidli qoyuluşlar deməkdir;
pulvəsaitlərininhərəkəti dedikdə, pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması başa düşülür;
əməliyyat fəaliyyəti müəssisənin əsas gəlir gətirən, habelə inves- tisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətindən başqa, digər fəaliyyəti kimi nəzərdə tutulur;
investisiyafəaliyyəti kreditlərin və faiz xərcləri yaradan digər borcların verilməsi və geri alınması, uzunmüddətli aktivlərin və pul vəsait- lərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric olmasıdır;
maliyyələşdirməüzrəfəaliyyət müəssisənin mülkiyyətçilərinin qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi, habelə üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir;
təsərrüfat vahidi - hüquqi şəxs statusuna malik olmayan, müəssi- sənin funksiyalarını tam və ya qismən həyata keçirən ayrıca struktur bölməsidir;