Maliyyə hesabatı


FƏSİL. UÇOT SİYASƏTI, UÇOT QİYMƏTLƏRİNDƏ DƏYİŞİKLİKLƏR VƏ SƏHVLƏR



Yüklə 3,18 Mb.
səhifə63/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

FƏSİL. UÇOT SİYASƏTI, UÇOT QİYMƏTLƏRİNDƏ DƏYİŞİKLİKLƏR VƏ SƏHVLƏR




    1. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri


    2. Uçot siyasətində dəyişikliklər
    3. Uçot siyasətində verilən məlumatların açıqlanması


    4. Uçot qiymətlərində dəyişikliklər
    5. Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan məhdu- diyyətlər





    1. Uçot siyasəti, onun təyinatı, məqsədi tətbiq olunma sahələri

«Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə» Kommersiya Təşkilatları üçün 11№-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 23 iyul tarixli əmri ilə təsdiq edilmişdir. Bu standart «Uçot siyasəti, uçot qiymətlərində də- yişikliklər və səhvlər» adlı 8№-li Mühasibat Uçotunun Beynəlxalq Stan- dartına əsasən hazırlanmışdır.


Şirkətlərin maliyyə hesabatlarında verilən informasiyaların ondan istifadə edənlərə faydalı olması üçün hesabatlar biri-biri ilə müqayisəyə gəlməlidir. Həm səhmdarlar, həm də potensial investorlar maliyyə hesabat- larının digər iştirakçıları ilə birlikdə təkcə şirkətin maliyyə vəziyyətini, pul axınlarını və maliyyə nəticələrini öyrənmir, eyni zamanda onlar maliyyə göstəricilərindəki dəyişikliklərin ümumi meyillərinə də qiymət verirlər. Həmin meyillərə düzgün qiymət verməkdən ötrü şirkət ardıcıl surətdə uçotun eyni prinsiplərini və qaydalarını tətbiq etməlidir. Bununla yanaşı, bü- tün kənarlaşmalar maliyyə hesabatına əlavələrdə özünü kifayət qədər dəqiq əks etdirməlidir.
İstənilən maliyyə hesabatı yol verilən metodların və prinsiplərin bütöv bir spektrindən irəli gələn uçotun müəyyən prinsiplərinin və metodikasının seçilməsinin nəticəsi kimi təzahür edir. Müəssisə rəhbərləri uçot siyasətini seçdikdə və qəbul etdikdə belə ehtimal edirlər ki, bilavasitə onların seç- dikləri metodlar biznesin spesifikliyini və iqtisadi reallıqları daha yaxşı əks etdirir.

Eyni zamanda müəssisənin məqsədləri, habelə xarici iqtisadi situasiya zaman keçdikcə dəyişikliyə məruz qalır. Bundan başqa uçot standartının həm özü, həm də onun metodikası dəyişilir və təkmilləşdirilir.


Mühasibat uçotu və hesabatda bu qəbildən olan dəyişikliklərin əks etdirilməsi daima mütəxəssislər arasında mübahisələrin predmeti olmuşdur. Praktik olaraq bütün maliyyə təhlili müxtəlif dövrlərin hesabatlarının müqayisəsinə və uyğunluğuna istinad edir. Uçot siyasətində hər hansı bir dəyişiklik hesabatlarda uyğunsuzluğun meydana gəlməsinə və maliyyə təh- lilinin nəticələrinin təhrif edilməsinə gətirib çıxarır. Buna görə hər şeydən əvvəl, uçot prinsiplərində dəyişikliklərə qərar vermək üçün həmin dəyişik- liklərin hesabatların müqayisəsinə hansı təsir göstərəcəyini ölçüb-biçmək və qiymətləndirmək məqsədəuyğundur.
11№-li MMUS tamamilə mühasibat uçotundakı dəyişikliklərə, xüsu- sən də onun prinsiplərinə və qiymətləndirilməsinə, habelə maliyyə hesabat- larında yol verilən səhvlərə düzəliş etmək qaydalarına həsr edilmişdir.
Standartın əsas məqsədi uçot siyasətində və uçot qiymətlərində edilən dəyişikliklərə və səhvlərin düzəldilməsinə dair məlumatın açıqlanması və uçot qaydaları ilə yanaşı, uçot siyasətinin seçilməsi və dəyişdirilməsi üçün istifadə olunan meyarların müəyyən olunmasından ibarətdir.
11№-li MMUS-da istifadə edilən əsas anlayışlar aşağıdakıları ifadə
edir:

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin