Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə66/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Müqayisəlilik – informasiyaların keyfiyyətini xarakterizə edir. Daha konkret desək, müqayisəlilik onun istifadəçilərinə imkan verir ki, iqtisadi

hadisələrin iki dəsti arasındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirə bilsinlər.


İnformasiyaların keyfiyyəti nöqteyi-nəzərindən müqayisəlilik prinsipi- nin tətbiqinin nəticəsinə görə hesabatın istifadəçilərinə müəssisənin uçot siysəti, ondakı dəyişikliklər və bu dəyişikliklərdən alınan effekt haqqında məlumat verilir.
Maliyyə hesabatlarının beynəlxalq və milli standartları təbii şəkildə müxtəlif müəssisələrin nəticələrinin müqayisəliliyini yaxşılaşdırır. MHBS hamı tərəfindən qəbul edilən və anlaşılan mühasibat «dilinə» çevrilmək- dədir.
Bununla yanaşı, hesabatların müqayisəliliyinə cəhd göstərmək heç bir halda özbaşına həyata keçirilməməli və verilən informasiyaların keyfiyyə- tinin yaxşılaşdırılmasına əngəl törətməməlidir.
Müqayisəlilikdən fərqli olaraq ardıcıllıq tətbiq olunan uçot siyasətinin dəyişilməz qalmasını xarakterizə edir. Müəssisənin uçot siyasəti nə qədər ardıcıl olarsa, onun hesabatı daha faydalı ola bilər.
«Maliyyə hesabatının təqdimatı üzrə» MMUS 1-in tələblərinə uyğun olaraq maliyyə hesabatlarının obyektlərinin təqdimatı və təsnifatı dövrdən dövrədək dəyişilməz olmalıdır (biznesin xarakterinin xeyli dəyişikliyə uğradığı hallar istisna olmaqla).
Beləliklə, əgər maliyyə hesabatlarının daha çox etibarlılığına şərait yaradan yeni uçot prinsiplərindən istifadə imkanları olarsa, müəssisənin uçot siyasəti yeni yanaşmalar əsasında dəyişikliyə uğraya bilər.


    1. Uçot siyasətində dəyişikliklər


Müəssisə uçot siyasətini yalnız aşağıdakı hallarda dəyişə bilər:



  • Milli Mühasibat Uçotu Standartı bunu tələb etdikdə;

  • uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyat- ların, digər hadisə və şərtlərin müəssisənin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarlı və daha uyğun məlumatların təmin edilməsi ilə nəticələndikdə.

Müəssisənin əvvəlki dövrlərdə həyata keçirdiyi əməliyyatlardan mahiyyət etibarı ilə fərqli olan əməliyyatlara yeni uçot siyasətini tətbiq etməsi müəssisənin uçot siyasətinin dəyişməsinə dəlalət etmir.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin