Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə67/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

«Torpaq, tikili avadanlıqlar üzrə» 7№-li «Qeyri-maddi aktivlər üzrə» 12№-li Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, aktivlərin yenidən qiymətləndirilməsi üzrə siyasətin ilkin tətbiqi, uçot siyasətində dəyişiklik olmaqla, 11№-li standartın müddəalarına uyğun deyil, 7№-li və 12№-li Milli Mühasibat Uçotu Standartlarına müvafiq olaraq yenidən qiymətləndirmə kimi baxılır.
Aşağıdakılar uçot siyasətində dəyişikliklər hesab olunmur:

  • mahiyyətcə özündən əvvəlkilərdən fərqlənən əməliyyatlara, hadisələrə və şərtlərə münasibətdə uçot siyasətinin hazırlanması;

  • müəssisənin əvvəllər həyata keçirmədiyi, yaxud xüsusi əhəmiyyət daşımayan əməliyyatlara, hadisələrə və şərtlərə münasibətdə uçot siyasə- tinin hazırlanması;

  • «Torpaq, tikili və avadanlıqlar üzrə» 7№-li və «Qeyri-maddi aktivlər üzrə» 12№-li Standartlara uyğun olaraq aktivlərin yenidən qiymətlən- dirilməsi üzrə uçot siyasətinin ilk dəfə tətbiqi.

Misal. Müəssisə ilk dəfə olaraq qeyri-maddi aktiv obyektini satın almışdır. Qeyri-maddi aktiv obyektinin uçotu ilə bağlı uçot siyasəti hazır- lanmışdır. Bu hal uçot siyasətində dəyişiklik deyildir. Belə ki, müəssisədə əvvəllər olmayan hadisə baş vermişdir.
Uçot siyasətində dəyişikliklər həm məcburi, həm də könüllü ola bilər. Uçot siyasətində məcburi dəyişikliklər artıq qüvvədə olan standart-
larda, yaxud yeni standartların qüvvəyə minməsi nəticəsində baş verə bilər.
Uçot siyasətinin tətbiqi qaydası standarta keçid təlimatlarının mövcud olub-olmamasından asılıdır. Əgər standartda, yaxud standartın tətbiqində keçid təlimatı varsa, onda uçot siyasəti hazırlandıqda keçid təlimatlarını əldə rəhbər tutmaq lazımdır. Əgər standartda, yaxud standartın tətbiqində keçid təlimatları yoxdursa, onda dəyişiklik retrospektiv qaydada tətbiq edilir.
Misal. Müəssisə digər bir müəssisəni satın almışdır və onun ba- lansında aktivlərin mübadiləsi nəticəsində əldə olunan əsas vəsait obyekti uçota alınmışdır. Əsas vəsait obyektinin qiymətləndirilməsi MMUS-a uyğun həyata keçirilməmişdir. Belə aktivlərin uçotu üçün müəssisə «Torpaq, tikili və avadanlıqlar üzrə» 12№-li standartın müddəalarını əsas götürməlidir. Aktivlərin mübadiləsi nəticəsində alınan əsas vəsait obyektlərinin ilkin qiymətləndirilməsinə münasibətdə 12№-li standart əsasında qiymətləndirmə perspektiv əsasda yalnız gələcək əməliyyatlara tətbiq edilməlidir.

Uçot siyasətində könüllü dəyişiklik fəaliyyətdə olan standartların yeni interpretasiyalarının buraxılışı, yaxud yeni standartların qüvvəyə minməsi ilə birbaşa əlaqədə deyildir. Uçot siyasətində dəyişikliyi müəssisə könüllü surətdə həyata keçirir. Uçot siyasətində könüllü dəyişiklik ona əsaslanma- lıdır ki, həmin dəyişiklik maliyyə hesabatında daha əhəmiyyətli və etibarlı informasiyalar verə bilsin. Əgər müəssisə uçot siyasətində dəyişikliyi könüllü qaydada aparırsa, o, retrospektiv dəyişikliyi tətbiq etməlidir. Stan- dartlarda bəzi dəyişikliklər, onların dərc etdirildiyi anda deyil, sonrakı dövrlərdə qüvvəyə minir. Belə dəyişikliklərin təcili tətbiqi uçot siyasətində könüllü dəyişiklik sayıla bilməz. Bu halda müqayisəli göstəricilərə düzəliş etməyə ehtiyac yoxdur.


Misal. 2010-cu ilin may ayında MHBS Komitəsinin İdarə Heyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarındakı dəyişiklikləri dərc etdirmişdir. Düzəliş 6 Standarta və bir interpretasiyaya aiddir: MHBS (İFRS) 1, MHBS (İFRS) 3, MHBS (İFRS) 7, MHBS (İAS) 1, MHBS (İAS)
27, MHBS (İAS) 34 və PKİ (İFRİS) 13. Düzəlişlərin əksəriyyəti 2011-ci il yanvar ayının 1-dən sonra başlayan illik hesabat dövrləri üçün nəzərdə tutul- muşdur. Məsələn, «Maliyyə hesabatının təqdimatı» adlı Standarta uyğun olaraq müəssisə sair məcmu gəlirləri maddələrə bölünməklə kapitalda dəyi- şikliklər haqqında hesabatda, yaxud hesabata əlavələrdə verə bilər. Müəssisə həmin dəyişikliyin 2010-cu ilin hesabatında nəzərə alınmasına qərar ver- mişdir. Belə bir dəyişikliyin təcili surətdə tətbiqi uçot siyasətində aparılan könüllü dəyişiklik sayılmır. Buna müvafiq surətdə müqayisəli göstəricilərə düzəliş edilməsinə ehtiyac yoxdur.
Uçot siyasətinin retrospektiv tətbiqi kapitalın hər bir komponenti, hesabat dövrünün və bundan əvvəkki dövrlərin icmal göstəricilərinin hər bir qalığı üzrə düzəliş aparılmasını tələb edir.
Misal. Övlad təşkilat avtomobilin satışını həyata keçirir. Mallar satışa silindikdə qiymətləndirmənin FİFO metodu tətbiq edilir. Digər övlad təşkilatlar və ana müəssisə qiymətləndirmənin orta çəki metoduna üstünlük vermişlər. Konsolidə edilən hesabatı hazırlamaq üçün təşkilat da orta çəki dəyəri metodundan istifadə etməlidir. Bunun üçün malların dəyəri bütün dövrlər ərzində orta çəki dəyəri metodu üzrə yenidən hesablanmalıdır. Həm- çinin mənfəət göstəricisi də dəyişdirilməlidir.

Yeni uçot siyasəti tətbiq edildikdə düzəlişlər bütün əvvəlki dövrlər ərzində aparılmalıdır. Lakin belə bir düzəliş həmişə mümkün olmur. Dəyişikliyin konkret dövrə təsirini və onun kumulyativ effektini müəyyən- ləşdirmək mümkün deyildirsə, onda retrospektiv dəyişikliyi həyata keçir- mək çox çətindir. Bu halda düzəliş mümkün olan bütün əvvəlki dövrləri əhatə etməlidir.


Misal. Təşkilat özünün fəaliyyətini beş il ərzində həyata keçirmişdir və malları satışa sildikdə uçot siyasətində dəyişikliklər haqqında qərar ve- rilmiş və orta çəki dəyərindən istifadə məqsədəuyğun sayılmışdır. Təşkilatın işinin bütün dövrləri ərzində malların dəyərinin orta çəki dəyəri metodu üzrə yenidən hesablanması nəzərdə tutulmuşdur. Lakin təşkilatda olan ilk sə- nədlər itmiş, yalnız son üç ilin sənədləri arxivdə saxlanılmışdır. Buna görə təşkilat yalnız həmin üç ilin məlumatlarına düzəliş vermək məcburiyyətində qalmışdır. Eyni zamanda mənfəət göstəriciləri də düzəlişə məruz qalmalıdır.



    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin