Kənar pul axını hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin daxil olmasını, habelə pul vəsaitlərinin hüquqi və fiziki şəxslər ödənilməsini xarakterizə edir.
Daxili pul axını müəssisənin malik olduğu pul vəsaitlərinin yerinin dəyişilməsi ilə əlaqədardır. O, bütün hallarda qalığa təsir göstərmir, belə ki, daxili dövriyyənin tərkib hissəsidir.
Qoyuluşun davamiyyətindən asılı olaraq pul axınları qısamüddətli və uzunmüddətli ola bilər.
Əgər pul vəsaitlərinin qoyuluşunun müddəti bir ili üstələyirsə, o, uzunmüddətli hesab olunur. Əgər pul vəsaitlərinin digər obyektlərlə qoyuluşu bir ilə qədərdirsə, bu qısamüddətli pul axını sayılır.
Pul vəsaitlərinin daxil olması və istifadəsinin həcmlərindən asılıolaraq onlar aşağıdakı qaydada qruplaşdırıla bilər:
həcmin artıqlığı;
həcmin çatışmazlığı;
həcmin optimallığı.
Pul axınlarının həcminin artıqlığıpul vəsaitlərinin daxil olmasının müəssisənin cari tələbatını üstələməsi ilə səciyyələnir. Bu göstərici müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosesində
istifadə edilməyən pul vəsaitlərinin xalis qalığının yüksək müsbət kəmiyyəti ilə xarakterizə olunur.
Əgər daxil olan pul vəsaitləri müəssisənin cari ehtiyaclarını ödəmək üçün kifayət etmirsə , onda pul vəsaitlərinin həcminin çatışmazlığı özünü göstərir.
Optimal pul axınları pul vəsaitlərinin daxil olmasının və istifadəsinin balanslaşdırılması pul vəsaitlərinin optimal qalığının formalaşmasına, müəssisənin öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə, xüsusən də pul vəsaitlərinin maksimal rentabelliyinin gözlənilməsinə şərait yaradır.
Valyutaların növlərindən asılı olaraqpul axınları aşağıdakı qaydada fərqləndirilir: