Maliyyə hesabatı


“Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi



Yüklə 3,18 Mb.
səhifə82/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

“Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi


“Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21


№-li MMUS Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 29 dekabr 2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Birgə müəssisə- lərdə iştirak payı” adlı 31№-li MUBS-na əsaslanmışdır.
21 №-li Standartın məqsədi asılı və ya törəmə müəssisə kimi deyil, birgə müəssisə kimi müəyyən edilən qurumlarda iştirak payı sahiblərinin maliyyə hesabatlarının hazırlanması üçün tətbiq etməli olduqları təcrübənin müəyyən olunmasıdır.
Adı çəkilən Standart, Uçot Qaydaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mühasibat Uçotu haqqında Qanunun 10-cu maddəsində müəyyən edilmiş kommersiya təşkilatları tərəfindən hazırlanan illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq edilir.
Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Standart arasında ziddiyyət yarandığı halda hazırkı Standart tətbiq edilməlidir.
Adı çəkilən Standart, birgə müəssisə tərəfindən həyata keçirilən əmə- liyyatların növündən asılı olmayaraq sahibkar və investorların birgə müəssisələrdə iştirak paylarının və onların maliyyə hesabatlarında birgə müəssisələrin aktiv, öhdəlik, gəlir və xərclərinin uçotu üçün tətbiq olunma- lıdır. Lakın, bu Standart sahibkarların, ilkin tanınma zamanı mənfəət və zərərlər haqqında hesabat vasitəsilə ədalətli dəyər əsasında qiymətləndirilən,

yaxud satış üçün nəzərdə tutlmuş kimi aşağıdakı təşkilatlara məxsus birgə nəzarət edilən müəssisələrdəki paylarına tətbiq edilmir:



  • riskli kapital növlü təşkilatlar;

  • qarşılıqlı fondlar, investisiya paylı fondlar və analoji strukturlar, o cümlədən investisiya növlü sığorta fondları.

Bu cür investisiyalar ədalətli dəyərlə qiymətləndirilməli, ədalətli dəyərdəki dəyişikliklər isə onların baş verdiyi dövrdə mənfəət və zərərlər haqqında hesabatda tanınmalıdır.
Birgə nəzarət edilən müəssisədə iştirak payı olan sahibkar aşağıdakı şərtləri yerinə yetirdikdə, hazırkı Standartın proporsional konsolidasiya maddəsindəki tələblərin icrasından azad olunur:

  • pay, satış üçün nəzərdə tutulan kimi təsnifləşdirildikdə

  • “Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üzrə” 19№-li Milli Mühasibat Uçotu Standartının 11- ci maddəsində birgə nəzarət edilən müəssisədə payı olan əsas müəssisəyə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim etməyə icazə verən istisna tətbiq edildikdə;

  • aşağıdakı qeyd olunanların hamısı tətbiq edildikdə:

  1. sahibkar özü-özlüyündə digər müəssisənin tam, yaxud qismən mülkiyyətində olan törəmə müəssisədir və onun mülkiyyətçiləri, o cüm- lədən əksər hallarda səsvermə hüququna malik olmayan mülkiyyətçiləri sahibkarın proporsional konsolidasiya üsulunu tətbiq etməməsi barədə məlumatlandırılmışdırlar və buna etiraz etmirlər;

  2. sahibkarın borc və kapital alətləri açıq bazarda ( yerli və regional bazarlar daxil olmaqla, daxili və ya xarici fond birjasında, yaxud birja- dankənar bazarda) alınıb satılmır;

  3. sahibkar açıq bazara hər hansı bir aləti emissiya etmək məqsədi ilə öz maliyyə hesabatlarını qiymətli kağızlar üzrə komissiya və ya digər ni- zamlayıcı orqanda qeydiyyatdan keçirməmişdir və hal-hazırda da keçirmir;

ç) sahibkarın əsas və ya hər hansı aralıq ana müəssisənin MMUS-na uyğun olaraq ictimaiyyət üçün açıq olan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanır.
21№-li Standartda istifadə olunan terminlər aşağıdakı mənaları ifadə
edir:



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin