Aralıq maliyyə hesabatlarına dövrlər üzrə aşağıdakı aralıq hesabatları (müxtəlif və ya tam) daxil olmalıdır:
cari hesabat dövrünun sonuna əvvəlki maliyyə ili ilə müqayisəli balans hesabatı;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən aralıq dövrləri üzrə (cari və bugünkü tarixə illik) mənfəət və zərərlər haqqında hesabatlar ilə müqayisə olunmaqla, cari hesabat dövrü üzrə və bugünkü tarixə cari maliyyə ili üçün artan qalıqlarla mənfəət və zərərlər haqqında hesabat;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə olunmaqla, cari maliyyə ili üçün bügünkü tarixə kapitalda dəyişikliklər haqqında hesabat;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə olun- maqla, cari maliyyə ili üçün bügünkü tarixə pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
İqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə mövsümi xarakter daşıyan müəssisələr üçün aralıq hesabat tarixində başa çatan on iki aylıq dövr və əvvəlki on iki aylıq dövr üzrə maliyyə məlumatları faydalı ola bilər. Uyğun
olaraq, həmin müəssisələrin əvvəlki maddədə göstərilən məlumatlardan başqa, həmin məlumatları da təqdim etməsi tövsiyə olunur.
Aralıq maliyyə hesabatlarının məqsədləri üçün maddənin necə tanınmalı, qiymətləndirilməli, təsnifləşdirilməli və ya açıqlanmalı olduğu barədə qərarın verilməsi zamanı aralıq dövrün maliyyə məlumatlarının əhəmiyyətliliyi qiymətləndirilməlidir. Bu zaman aralıq qiymətlərin qiymət- ləndirilmiş göstəricilərə illik maliyyə göstəricisinin qiymətləri ilə müqayisədə daha cox əsaslana biləcəyi tanınmalıdır.
“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li və “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11№-li Milli Mühasibat Uçotu Standartlarına əsasən, yuxarıda qeyd olunan maddə, onun buraxılması və ya səhv göstərilməsi istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli hesab olunur. 1№-li MMUS, dayandırılmış fəaliyyət daxil olmaqla, əhəmiyyətli maddələrin ayrıca açıqlanmasını tələb edir. 18№-li MMUS isə uçot siyasəti uçot qiymətləndirilmələrində dəyişikliklərin və səhvlərin açıq- lanmasını tələb edir. Standartların heç birisi əhəmiyyətliliyin qiymətlən- dirilməsi ilə əlaqədar kəmiyyət göstəricilərini müəyyən etmir.
Əhəmiyyətliliyin qiymətləndirilməsi zamanı əsaslandırma həmişə tələb olunduğu üçün 29№-li Standart aralıq göstəricilərin anlaşıqlığını səbəb gətirərək maddələrin tanınması və açıqlanması ilə əlaqədar yalnız aralıq dövrün göstəriciləri əsasında qəbul olunmasını nəzərdə tutur. Beləliklə, misal üçün, qeyri-adi maddələr, uçot siyasəti və ya uçot qiymətlətində dəyişikliklər və səhvlər, açıqlamaların aparılmadığı təqdirdə yarana biləcək qarışıqlığın aradan qaldırılması məqsədilə, aralıq dövrün göstəricilərinin əhəmiyyətliliyi əsasında tanınır və açıqlanlır. Burada əsas məqsəd aralıq maliyyə hesabatlarına müəssisənin aralıq dövrdə maliyyə vəziyyətinin və fəaliyyət naticələrinin anlaşılması üçün uyğun olan bütün məlumatların daxil olmasının təmin edilməsidir.
Əgər aralıq dövrdə təqdim olunmuş qiymətləndirilən məbləğ maliyyə ilinin son aralıq dövrü ərzində əhəmiyyətli dərəcədə dəyişmiş, lakin həmin son aralıq dövrü üzrə ayrıca maliyyə hesabatı tərtib olunmamışdırsa, bu dəyişikliyin xüxusiyyəti və məbləği həmin maliyyə ili üzrə illik maliyyə hesabatlarına qeydlərdə açıqlanmalıdır.
Dostları ilə paylaş: |