Beləliklə, cədvəldən göründüyü kimi, hiperinflyasiya şəraitində faktiki dəyərlə qiymətləndirmə özünün mahiyyətinə görə əslində bərpa dəyəri deməkdir.
Xalis monetar maddələr üzrə mənfəət və zərərlər haqqında hesabatın yenidən nəzərdən keçirilməsi
30№-li Standart mənfəət və zərərlər haqqında hesabatda bütün maddələrin hesabat tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə əks etdirilməsini tələb edir. Beləliklə, bütün məbləğlər gəlir və ya xərc maddələrinin maliyyə hesabatlarına ilkin olaraq yazıldığı tarixdən sonra ümumi qiymət indeksində baş verən dəyişikliklərin tətbiqi vasitəsilə yeni- dən təqdim olunmalıdır.
İnflyasiya zamanı pul aktivləri və pul öhdəliklərindən artıq olan müəssisə isə aktiv və öhdəliklərin qiymət səviyyəsinə bağlı olmadığı dərəcədə alıcılıq qabiliyyətini yüksəldir. Xalis monetar maddələr üzrə bu mənfəət və ya zərər qeyri-monetar maddələrin, kapital, mənfəət və zərərlər haqqında hesabatın maddələrinin yenidən təqdim olunmasından və indeksə
bağlı aktiv və öhdəliklərə düzəlişlərdən yaranan fərq kimi müəyyən edilə bilər. Mənfəət və ya zərər, ümumi qiymət indeksində dəyişikliklərin dövr ərzində pul aktivləri ilə pul öhdəlikləri fərqinin orta çəkili məbləğinə tətbiqi vasitəsilə qiymətləndirilə bilər.
Xalis monetar maddələr üzrə mənfəət və ya zərər xalis mənfəətə daxil edilir. Razılaşmaya əsasən qiymət dəyişikliklərinə bağlı olan aktiv və öhdəlik məbləğlərinə edilən düzəlişlər xalis monetar maddələr üzrə mənfəət və ya zərərə qarşı hesaba alınır. Faiz gəlirləri və xərcləri, eləcə də inves- tisiya olunan və ya borc alınan vəsaitlərlə əlaqədar məzənnə fərqləri kimi, mənfəət və zərərlər haqqında hesabatın digər maddələri, həmçinin xalis pul maddələri ilə assosiasiya edilir. Baxmayaraq ki, belə maddələr ayrıca açıqlanır, onların xalis monetar maddələr üzrə mənfəət və ya zərər ilə birlikdə mənfəət və zərərlər haqqında hesabatda göstərmək faydalı ola bilər. 30№-li Standarta uyğun olaraq maliyyə hesabatlarının yenidən təqdim olunması fərdi aktiv və öhdəliklərin balans dəyəri və onların vergi tutulan əsası arasında fərqlərin yaranmasına səbəb ola bilər. Bu fərqlər «Carimənfəətvergisiüzrə»3№-livə«Təxirəsalınmışmənfəətvergisiüzrə»