Düzəliş cədvəlinin fraqmentləri
Balans maddələri
|
Məbləğ, man.
|
Yenidən qiy- mətləndirmə əmsalı
|
Yenidən qiymət- ləndirmə nəzərə alınmaqla məb-
ləğ, man.
|
İlkin dəyərlə əsas vəsait
|
200000
|
3,21
|
642000
|
Yığılmış köhnəlmə məbləği
|
50000
|
3,21
|
160500
|
Balans dəyəri
|
150000
|
-
|
481500
|
Ümumi qiymət indeksinin dəyişməsi hesabına aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində yenidən qiymətləndirilən dəyər onların ödəniləsi dəyərini üstələyə bilər. Bu halda qeyri-pul aktivlərinin yenidən qiymətləndirməyə məruz qalan dəyərini azaltmaq lazımdır. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin dəyəri ödəniləsi məbləğ üzrə, ehtiyyatar satışın mümkün xalis dəyərilə, qısamüddətli maliyyə qoyuluşları isə bazar dəyərilə qiymətləndirilir.
30№-li Standartın tətbiqinin ilk dövrlərində kapitalın müvafiq elementləri yarandığı tarixdən ümumi qiymət indeksi nəzərə alınmaqla yeni- dən qiymətləndirilir. Əvvəlki dövrlərə görə qiymət artımının bütün məbləğləri hesablamalardan çıxılır. Birinci dövrün sonunda və bütün digər
sonrakı dövrlərdə kapitalın bütün elementləri ümumi qiymət indeksini tətbiq etməklə düzəlişə məruz qalır.
Misal. Təşkilat iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə maliyyə hesabatı tərtib edir. Hesabatın tərtib olunduğu tarixə nizamnamə kapitalının məbləği 10000 man. təşkil edir. Nizamnamə kapita- lının yarandığı andan keçən dövr ərzində qiymətin dəyişilməsinin ümumi indeksi 7,67-ə bərabərdir. Yenidən qiymətləndirməyə məruz qalan məbləğ 76700 man. (10000 x 7,67) məbləğində yenidən qiymətləndirilir. Düzəlişin fraqmenti aşağıdakı cədvəldə verilir (cədvəl 11.4).
Cədvəl 11.4
Dostları ilə paylaş: |