4№-liMMUS-ə uyğun olaraq uçota alınır.
Mənfəət və zərərlər haqqında hesabatın bütün maddələri hesabat tarixinə qüvvədə olan vahid ölçülərlə verilməlidir. Bu halda ümumi qiymət indeksi nəzərə alınmaqla bütün məbləğlər yenidən hesablanmağa cəlb edilməlidir. Qiymət indeksi gəlirlər, yaxud xərclər maddələrinin maliyyə hesabatına daxil edilməsinin ilkin tarixindən sonra baş verən bütün dəyişiklikləri nəzərə almalıdır. Qaydaya görə yenidən hesablama maddələri aylara bölməklə həyata keçirilir. Bu zaman həmin dövr ərzində ümumi qiymət indeksindəki dəyişiklik tətbiq edilir. Bəzi hallarda inflyasiyanın sürəti dəyişməzsə, onda orta illik indeksdən də istifadə imkanları nəzərdən qaçırılmamalıdır.
Gəlir göstəricisinə düzəliş edildikdə onu daxilolma üsulundan asılı olaraq nəzərdən keçirmək vacibdir. Əgər gəlirləri ayrı-ayrı birdəfəlik əməliyyatların bölümündə təqdim etmək mümkün olarsa, onda o, baş ver- diyi tarixdən ötən dövr ərzində inflyasiyanı nəzərə almaqla düzəlişə məruz qalmalıdır. Əgər gəlirlər bərabər səviyyədə daxil olarsa, onda düzəliş inflya- siyanın dinamikasından asılı olaraq həyata keçirilməlidir. Məsələn, rüb və
yaxud il ərzində indeksin orta göstəricisinin köməyilə. Qaydaya görə xərc maddələrində düzəliş aparıldıqda onların göstəriciləri aybaay hazırlanır.
Maliyyə hesabatında xalis pul maddələri üzrə maliyyə nəticələri hesablanmalı və təqdim olunmalıdır. Pul aktivləri müəssisənin pul öhdə- liklərini üstələyərsə, o, özünün alıcılıq qabiliyyətini itirmiş olur. Pul öhdə- likləri müəssisənin pul aktivlərindən çox olarsa, onda pulun alıcılıq qabiliyyəti yüksəlməyə doğru meyil edir.
Xalis pul maddələri üzrə mənfəət, yaxud zərər indeksasiya olunan aktivlərin və öhdəliklərin yenidən qiymətləndirilməsini nəzərə almaqla müəyyənləşdirilə bilər. Xalis pul maddələri üzrə mənfəət, yaxud zərərin hesablanmasının digər bir üsulu dövr ərzində pul aktivləri və pul öhdəlikləri arasında orta çəkili kəmiyyətdən asılı olaraq, qiymətin ümumi indeksində baş verən dəyişikliyin qiyməti ola bilər.
Misal. Təşkilat iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə malyyə hesabatı tərtib edir. Hesabatın tərtib olunduğu tarix 30
№-li Standartın müvafiq müddəaları əsasında mənfəət və zərərlər haqqında hesabatın bütün maddələri yenidən qiymətləndirilmiş və xalis pul maddələri üzrə maliyyə nəticələri müəyyənləşdirilmişdir. Xalis pul maddələri üzrə zərər xərclərin maya dəyərində aparılan düzəliş məbləği ilə kapitaldakı düzəliş məbləği arasındakı fərq kimi hesablanılır və (99300 man. (32600 + 66700) təşkil edir. Aşağıdakı cədvəldə mənfəət və zərərlər haqqında hesabatda aparılan düzəlişlərin fraqmentləri verilir (cədvəl 11.6).
Cədvəl 11.6