Xalis monetar maddələr üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları
Maliyyə hesabatının hiperinflyasiyanın təsirinə uyğun işlənməsi pro- sesində mühüm məsələlərdən biri də birləşdirilmiş (konsolidə edlmiş) maliyyə hesabatlarının yenidən nəzərdən keçirilməsidir. Maiyyə hesabat- larını hiperinflyasiya şəraitində olan ölkənin valyutasında təqdim edən əsas müəssisə, həmçinin hiperinflyasiya şəraitində olan ölkənin valyutasında hesabat verən törəmə müəssisələrə malik ola bilər. Belə törəmə müəssisə- lərin maliyyə hesabatları, əsas müəssisənin birləşdirilmiş (konsolidə edil- miş) maliyyə hesabatlarına daxil edilməzdən əvvəl, valyutasında hesabat verdiyi ölkənin ümumi qiymət indeksi tətbiq olunmaqla yenidən təqdim olunmalıdır. Bu törəmə müəssisə xarici müəssisə olduqda, onun yenidən təqdim olunmuş maliyyə hesabatları hesabat dövrünün sonuna olan məzən- nəyə əsasən konvertasiya olunur. Hiperinflyasiya şəraitində olan ölkənin
valyutasında təqdim edilməyən törəmə müəssisələrin maliyyə hesabatları
«Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22№-li MMUS-ə uyğun olaraq işlənir.
Müxtəlif hesabat tarixlərinə hazırlanan maliyyə hesabatları birləş- dirildikdə, həm monetar, həm də qeyri-monetar maddələr birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib olunduğu tarixə qüvvədə olan qiymətləndirmə vahidlərinə keçirilməlidir. İqtisadiyyat hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə təqdim edilən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı 30№-li Standartın müddəaları nəzərə alınmaqla tərtib olunmalıdır. Bu zaman müxtəlif situasiyalar mümkündür:
ana təşkilat və övlad şirkət hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə hesabat verir;
ana təşkilat, yaxud övlad şirkət müxtəlif ölkələrin, o cümlədən iqti- sadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə hesabat verir;
ana təşkilat və övlad şirkət iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə müxtəlif tarixlərə fərdi maliyyə hesabatları tərtib edir.
İqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə ma- liyyə hesabatı tərtib edən ana və onun övlad şirkətləri konsolidə edilmiş hesabat tərtib etdikdə müəyyən tələblərə əməl etməlidir. Konsolidə edilmiş hesabat tərtib olunmazdan əvvəl fərdi hesabatda ölkənin ümumi qiymət indeksinə uyğun olaraq düzəliş aparılmalıdır. Düzəliş proseduru əvvəllər araşdırılan qaydada həyata keçirilməlidir.
Ana və övlad şirkətlər müxtəlif ölkələrin valyutası əsasında konsolidə edilmiş hesabat tərtib etdikləri halda, hesabatların göstəriciləri müqayisəli görünüşə gətirilməldir. Əgər övlad şirkət xaricidirsə və hesabatı öz ölkəsinin valyutası ilə tərtib edirsə, onda göstəricilər hesabatın tərtib edildiyi tarixə qüvvədə olan valyuta məzənnəsi üzrə yenidən hesablanmalıdır. Əgər övlad müəssisə özünün hesabatını iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə tərtib edirsə, onda müvafiq göstəricilər «Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22№-li MMUS-in tələbləri əsasında yenidən nəzərdən keçirilməlidir.
İqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə fərdi maliyyə hesabatları hazırlayan ana və övlad şirkətlər konsolidə edilmiş maliyyə hesabatları tərtib etdikdə müvafiq tələbləri gözləməlidir.Müxtəlif
dövrlərə tərtib edilən maliyyə hesabatları konsolidasiya olunduqda bütün pul və qeyri-pul maddələri konsolidə edilmiş maliyyə hesabatlarının tərtib edildiyi tarixə vahid ölçüyə gətirilməlidir.
Bu bir faktdır ki, hiperinflyasiya dövründən çıxan ölkənin valyutası ilə maliyyə hesabatı tərtib edən müəssisə subyektiv mühakimələr əsasında idarə olunur. Hiperinflyasiyanın mövcudluğuna dəlalət edən vəziyyətdən ara- landıqda, ölkə iqtisadiyyatının inkişafının müsbət dinamikası əsas götürül- məlidir. Belə hallarda maliyyə hesabatları 30№-li Standartın tələblərini gözləmədən tərtib edilməlidir. İqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə dövrün axırına təqdim edilən məbləğlər maliyyə hesa- batının tərtib olunduğu tarixə qüvvədə olan ölçü vahidi ilə öz əksini tap- malıdır. Sonrakı hesabat dövrlərində bu məbləğlər balas kəmiyyətləri üçün əsas kimi götürüləcək.
Dostları ilə paylaş: |