Coğrafiseqmentlər – təşkilatların fəaliyyətini müəyyən ərazi çərçivəsində (bölgələr, regionlar) xarakterizə edir.
Coğrafi hesabat seqmentlərini fərqləndirdikdə aşağıdakılara diqqət yetirmək məqsədəuyğundur:
iqtisadi və siyasi şərtləri müəyyən edən oxşarlıq;
valyuta nəzarəti və valyuta risklərindəki qaydaların ümumiliyi.
Coğrafi hesabat seqmentləri təşkilatın aktivlərinin yerləşdiyi yerlər üzrə (zavodların, istehsalat güclərinin və i.a. yerləşməsi), yaxud malların təchizatı bazarları, fəaliyyətin digər nəticələri (sifarişçilərin, iş, xidmət və c. istehlakçıların yerləşməsi) üzrə fərqləndirilə bilər.
Hesabat seqmentləri seçildikdə, nəzərdən keçirilən amillər haqqında ümumiləşdirilən informasiya aşağıdakı cədvəldə verilmişdir (cədvəl 12.1).
Cədvəl 12.1
Hesabat seqmentlərinin seçimi ilə bağlı faktlar haqqında ümumiləşdirilmiş informasiyalar