Hesabat seqmentinin gəlirləri, xərcləri və maliyyə nəticələri müəs- sisə üzrə bütövlükdə olduğu qaydada müəyyənləşdirilir. Bu zaman bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Müəssisə hər bir seqment üçün mənfəət və ya zərərin, ümumi aktivlərin qiymətləndirilməsinin hesabatını verməlidir. Eyni zamanda hər bir hesabat verilməli seqment haqqında aşağıdakılar açıqlanmalıdır: kənar müştərilərdən gəlir; eyni müəssisənin müxtəlif əmə- liyyat seqmentləri ilə olan razılaşmalardan alınan gəlir; faiz gəlirləri; faiz xərcləri; amortizasiya və qiymətdən düşmə xərcləri; müəssisənin digər birgə müəssisələrin mənfəət və zərərindəki kapital metodu ilə uçota alınmış payı; gəlir vergisi xərcləri; amortizasiya və qiymətdən düşmədən başqa digər maddi qeyri-pul maddələri.
Konkret olaraq seqmentin gəlirləri dedikdə, bilavasitə həmin seqment üzrə əməliyyatlardan alınan gəlirlər başa düşülür. Gəlirlər kənar müş- tərilərdən, habelə təşkilatın digər seqmentlərindən alınan gəlirlərə bölünür. Fövqəladə gəlirlər, həmçinin dividendlər və faizlər formasında gəlirlər, investisiyaların satılmasından və borcların ödənilməsindən gəlirlər seqment- lərin gəlirlərinə daxil edilmir (əgər seqment əməliyyatları bütövlükdə maliyyə xarakterli deyildirsə).
Seqment xərcləri dedikdə, bilavasitə seqmentin fəaliyyəti ilə bağlı əməliyyatların gedişində meydana çıxan xərclər və qismən də əsaslandırıl- mış şəkildə həmin seqmentə aid oluna biləsi təşkilatın ümumi xərclərinin bir
hissəsi başa düşülür. Fövqəladə xərclər, investisiyanın satışından və borcların ödənilməsindən zərərlər, ödənilən faizlər, ümumi inzibati xərclər, mənfəət vergisi üzrə ödənişlər və təşkilatın digər analoji xərcləri seqment xərclərinə aid edilmir.
Seqmentin maliyyə nəticələri onun gəlir və xərclərini müqayisə etməklə müəyyənləşdirilir. Bu zaman azlıqların payı nəzərə alınmır.
Seqmentin aktivləri öz tərkibinə əməliyyat fəaliyyətində istifadə olunan dövriyyə ehtiyatları, debitor borcları və pul vəsaitləri, habelə həmin seqmentə aid edilən əsas vəsaitlər və qeyri-maddi aktivlər daxil edilir. Təşkilatın ümumi məsələlərinin həllində və onun idarə olunmasında sərf olunan xərclər seqmentin tərkibinə daxil edilmir. İki və daha çox seqment tərəfindən istifadə olunan aktivlər onların hesabatının qalıq dəyəri ilə qeydə alınır (mənfəətin vergiyə cəlb olunması ilə bağlı meydana çıxan debitor borcları istisna olunur).
Dostları ilə paylaş: |