Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə107/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Əməliyyat seqmentləri




Coğrafi seqmentlər

Risklər və mənfəət istehsal olunan malların, yerinə yetirilən iş və xidmətlərin fərqli xüsusiyyətləri ilə müəyyənləşdirilir



Risklər və mənfəət tam bərabər şəkildə istehsal olunan malların, yerinə yetirilən iş və xidmətlərin və fəaliyyətin coğrafi regionlarının fərqli xüsusiyyətləri ilə müəyyənləşdirilir

Risklər və mənfəət fəaliyyətin coğrafi regionlarının fərqli xüsusiyyətləri ilə müəyyənləşdirilir

Şəkil 12.1. Seqmentlər üzrə informasiyaların açıqlanması


Beynəlxalq Standartların tövsiyəsinə görə, seqmentlər üzrə ilkin (tək- rar) informasiyaları şirkətlərin təşkilati strukturundan asılı olaraq formalaş- dırmaq məqsədəuyğundur. Seqmentləri yalnız kənar hesabatlar üçün hazır- lamağa cəhd göstərmək bütün hallarda səhvlərə və informasiyaların hazır- lanmasında gərginliklərə gətirib çıxarır.


Seqmentlər üzrə ilkin informasiya aşağıdakı göstəricilər üzrə açıqlanır:

    • satışın ümumi məbləği;

    • hesabat seqmentlərinin maliyyə nəticəsi (mənfəət, yaxud zərər);

    • hesabat seqmentlərinin öhdəliklərinin ümumi balans məbləği;

    • seqmentlərin əsas vəsaitlərinə və qeyri-maddi aktivlərinə hesablan- mış amortizasiya ayırmalarının ümumi məbləği;

    • seqmentlərin övlad və asılı cəmiyyətlərində xalis mənfəətdə (zərərdə) məcmu payı;

    • asılı və övlad cəmiyyətlərə qoyuluşların ümumi məbləği.



Seqmentlər üzrə təkrar informasiya ixtisar olunmuş variantda açıqlanır. Əməliyyat və coğrafi seqmentlər üçün tələb olunan göstəricilər üzrə informasiyaların açıqlanması eyni deyildir. Belə ki, təkrar əməliyyat seqmentləri üçün aşağıdakı göstəricilər haqqında informasiyalar zəruridir:

    • kənar alıcılara satışdan alınan gəlır;

    • aktivlərin balans kəmiyyəti;

    • əsas vəsaitlərə və qeyri-maddi aktivlərə kapital qoyuluşlarının məbləği.

Təkrar coğrafi seqmentlər üzrə informasiyalar aşağıdakı göstəricilər əsasında açıqlanmalıdır:

    • təchizat bazarlarının yerləşməsi üzrə fərqləndirilən coğrafi region- ların bölümündə kənar malalanlara satışdan alınan gəlir (əgər həmin coğrafi seqmentlərin gəliri təşkilatın kənar alıcılara satışının ən azı 10 faizini təşkil edirsə);

    • aktivlərin yerləşdiyi ərazi üzrə fərqləndirilən coğrafi seqmentlərin aktivlərinin balans dəyəri bütün coğrafi seqmentlərin aktivlərinin ən azı 10 faizini təşkil edirsə;

    • əsas vəsaitlərə və qeyri-maddi aktivlərə seqmentlər üzrə kapital qoyuluşlarının məbləği bütün coğrafi seqmentlər üzrə aktivlərin dəyərinin ən azı 10 faizini təşkil edirsə.


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin