Mənfəət və zərərlər, aktivlər və öhdəliklər haqqında məlumatlar
Müəssisə hər bir hesabat verilməli seqment üçün mənfəət və ya zərərin, ümumi aktivlərin qiymətləndirilməsinin hesabatını verməlidir. Məbləğ mütəmadi olaraq baş qərar qəbul edən şəxsə təqdim olunan halda, müəssisə hər bir hesabat verilməli seqment üçün öhdəliklərin qiymətlən- dirilməsinin hesabatını verməlidir. Müəssisə, həmçinin seqmentin mənfəət və zərərinə həmin qiymətləndirmə daxil edilmədiyi halda belə, baş qərar qəbul edən şəxs tərəfindən təhlil edilən mənfəət və zərərin qiymətlən- dirilməsinə dəqiq məbləğlər daxil edilən və ya başqa yolla baş qərar qəbul edən şəxsə təqdim edilən halda, hər bir hesabat verilməli seqment haqqında aşağıdakıları acıqlamalıdır:
kənar müştərilərdən olan gəlir;
eyni müəssisənin müxtəlif əməliyyat seqmentləri ilə olan razılaşma- lardan alınan gəlir;
faiz gəlirləri;
faiz xərcləri;
amortizasiya və qiymətdəndüşmə xərcləri;
kommersiya təşkilatları üçün “Maliyyə Hesabatlarının təqdimatı üzrə” 1№-li MMUS-ə uyğun olaraq açıqlanmış gəlir və xərc maddələri;
müəssisənin digər birgə müəssisələrin mənfəət və zərərindəki kapital metodu ilə uçota alınmış payı;
gəlir vergisi xərci və ya gəliri;
amortizasiya və qiymətdəndüşmədən başqa, digər maddi qeyri-pul maddələri.
Seqment hesabatlarının ilkin və təkrar formatlarının formalaşması
34№-li Standart müəssisənin necə bir təşkilati bölməsi kimi, təsərrüfat və coğrafi seqmentlərin formalaşmasını tövsiyə edir. Ümumiyyətlə, həmin standart təkcə kənar hesabatlar üçün seqmentlərin yaradılmasına cəhd göstərmir. Sonuncu, informasiyaların hazırlanması zamanı səhvlərə gətirib çıxarır, nəticələr qiymətləndirildikdə və resurslar gələcəkdə bölüşdürül- dükdə idarəetmə heyətinin nəzarət imkanlarını aşağı salır.
Əgər şirkətlərin təşkilat strukturunda daxili bölmələrə yuxarıda şərh olunan amillər yaramırsa, onda şirkətlərin administrasiyası həmin amillər əsasında seqmentlərin formalaşmasının digər variantlarını nəzərdən keçirir. Daxili hesabatı təcəssüm etdirən seqmentlər üçün daha aşağı səviyyədə kənar seqmentlərin formalaşması məqsədilə onlardan istifadə imkanlarını araşdırmaq lazımdır.
Biri-birinə əhəmiyyətli dərəcədə oxşar gələn təsərrüfat, yaxud coğrafi seqmentlər vahid iriləşdirilən seqment şəklində birləşdirilə bilər. Müvafiq amillərin sabit dəstinin mövcudluğu və bir neçə il ərzində eyniadlı maliyyə göstəricilərinin azacıq fərqli olması oxşarlığı təsdiq edən əlamətdir.
Dostları ilə paylaş: |