Seqment hesabatının ilkin və təkrar formatlarının formalaşması təsərrüfat və coğrafi seqmentləri əmələ gətirən amillərdən asılı olaraq, başlıca surətdə risklərin və mənfəətin ölçüsünə istinad edir.
Şirkətlərin işində rentabellikdən və əsas risklərdən asılı olaraq, informasiyaların təqdim olunması üçün ilkin format təsərrüfat seqmentlərinə təhkim edilməlidir. Belə bir şəraitdə təkrar format coğrafi seqmentlərə təhkim olunur.
Əgər şirkətin rentabellik norması və əsas risklər müxtəlif ölkələrdə və müxtəlif ərazilərdə onun iş şəraitindən asılı olarsa, onda informasiyaların təqdim olunması üçün ilkin format çoğrafi seqmentlərə, təkrar format isə təsərrüfat seqmentlərinə verilməlidir.
Şirkətlərin əksəriyyəti üçün təşkilat quruluşunun özü və firmadaxili hesabat qaydası risklərin meydana çıxmasının prioritetlərini və şirkətin mənfəətinin maksimallaşdırılmasının əsasını göstərir. Bəzi istisnalar olmaqla, seqment hesabatının təkrar formatının seçiminin əsasını şirkətlərin təşkilat strukturu və onun daxili seqmentlərinin strukturu təşkil edir.
Bəzi şirkətlərdə risklər və mənfəət istehsalın xarakterindən, yaxud onun ərazicə yerləşməsindən asılı olaraq dəqiq təzahür etmir, idarəetmə sistemində isə şirkət, matris yanaşması adlanan üsulu tətbiq edir. Standart belə müəyyən edir ki, bu halda hesabatın ilkin formatı qismində təsərrüfat seqmenti üzrə hesabat tətbiq olunmalıdır. Coğrafi seqmentlər isə hesabatın ikinci formatında öz əksini tapır.
Konkret situasiyada seqment hesabatının matristəqdimatından istifadə etməklə seqmentlər üzrə informasiyaları daha yaxşı qaydada açıqlamaq mümkündür. Bu zaman həm təsərrüfat, həm də coğrafi seqment- lərə hər iki tip üzrə bütün informasiyaları tam açıqlamaqla, ilkin format verilir. Seqment informasiyalarının belə açıqlanması maliyyə hesabatlarının istifadəçiləri üçün daha əlverişli ola bilər. Nəzərə almaq lazımdır ki, 34№-li Standart seqment hesabatının matris təqdimatını nə tələb, nə də qadağan edir.
Hesabatın ilkin formatı üzrə informasiya8№-li MHBS-də göstə- ricilərin bütün siyahısı üzrə verilmişdir. Bu göstəricilər “Veqa” səhmdar cə- miyyətinin seqment hesabatının timsalında 20X9 ilə görə göstərilmişdir. Hə- min məlumatlar Standartda qeyd olunduğu qaydada, olduğu kimi hər hansı bir dəyişiklik aparılmadan aşağıdakı cədvəldə verilmişdir (cədvəl 12.2).