Maliyyə hesabatı


Maddə 10. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq sub- yektləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabat- larının tərtib edilməsi



Yüklə 3,18 Mb.
səhifə119/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 10. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq sub- yektləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabat- larının tərtib edilməsi


`10.1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyektləri istisna olmaqla, kommersiya təşkilatları:

      1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidirlər; və ya

      2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilərlər.

    1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom- mersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qrupun göstəriciləri (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği), həmin hesabatların tərtib olunduğu tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müvafiq meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olduqda, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.

    2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom- mersiya təşkilatlarından, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat- larının bu Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Bey- nəlxalq Standartlarına uyğun tərtib edilməsi tələb olunmadıqda, onlar bu he-

sabatları Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Stan- dartlarına uyğun tərtib edirlər.



    1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom- mersiya təşkilatları, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:

      1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə yekdilliklə razılığa gəldikdə;

      2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;

      3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;

      4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin